Əvəz Zeynallı ilə bağlı Dəyirmi Masa keçiriləcək
31-10-2011, 11:50
Oxunub: 6 187
RATİ-nin ofisində baş tutacaq yığıncaqda baş redaktorun Hüquqlarını Müdafiə komitəsi yaradılacağı gözlənilir
Ötən həftənin sonları həbs olunan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı bu gün Dəyirmi Masa keçiriləcək. Bolgexeber.com xəbər verir ki, tədbir RATİ-nin ofisində saat 13:30-da baş tutacaq. tədbirin təşkilatçısı RATİ-nin rəhbəri Emin Hüseynovdur.
Qeyd edək ki, tədbirə hüquq müdafiəçiləri, ziyalılar, millət vəkilləri, beynəlxal hüquq müdafiə təşkilatlarının, xarici ölkə səfirliklərinin nümayəndələri, jurnalistlər qatılacaqlar. Toplantıda Əvəz Zeynallının Hüquqlarını Müdafiə Komitəsinin yaradılacağı müzakirə olunacaq. Bəzi məlumatlara görə, komitəyə isə «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin rəhbərlik edəcəyi gözlənilir.
Xatırladaq ki, Əvəz Zeynallı deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs olunub. Deputatın iddiasına görə, baş redaktor onun haqqında məlumat yaymamaq üçün rüşvət istəyib. Hətta bununla bağlı onun əlində lent yazısı belə var. Hal hazırda Əvəz Zeynallı ilə bağlı Baş Prokurorluqda cinayət işi qaldırılıb və istintaq aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər