BolgeXeber.Com » Media » Türkiyə qəzeti: "Azərbaycan xilasediciləri gözləri yaşartdı"

Türkiyə qəzeti: "Azərbaycan xilasediciləri gözləri yaşartdı"

31-10-2011, 12:45
Oxunub: 3 988 Türkiyənin "Bu gün" qəzetinin 31 oktyabr buraxılışında Azərbaycandan gələn xilasedicilər haqqında yazı dərc olunub.

Yazıda qeyd olunur ki, Azərbaycan hökuməti zəlzələ baş verdiyi gün bu ölkəyə ilk olaraq öz yardım əlini uzadıb.
Qəzet yazır: "Azərbaycan zəlzələnin baş verdiyi andan Türkiyənin yanında olduğunu göstərdi. Bir həftədir gecə-gündüz xilasetmə və axtarış işlərini həyata keçirən azərbaycanlı qardaşlarımız 28 nəfəri sağ olaraq dağıntılar altından çıxarıb. Bundan başqa azərbaycanlı qardaşlarımız 60 nəfərin cəsədini də dağıntılar altından çıxarıblar. Azərbaycanlı xilasedicilər heç kimə yük olmasınlar deyə, hətta özləri ilə yeməklərini də gətiriblər. 180 nəfərlik 12 ayrı qrup halında xilasetmə və axtarış işləri həyata keçirən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilərinin fədakarlığı gözlər yaşardır. Qrup rəhbəri Dövlət Şükürov deyir ki, hamımız dağıntılar altında öz ailəmiz qalıbmış kimi çalışırıq".