APA-nın yaranmasının 7 ili tamam oldu
16-11-2011, 11:25
Oxunub: 5 465
“Abunəçilər sırasında ölkənin aparıcı iqtidar və müxalifət mətbuatı, müstəqil media qurumları üstünlük təşkil edir. Ölkənin əksər qeyri-hökumət təşkilatları, xarici dövlətlərdə fəaliyyət göstərən diaspor qurumları da APA-nın daimi abunəçisidir”
Bu gün Azərbaycanın ən nüfuzlu media quruluşlarından biri olan Azəri-Press Agentliyinin (APA) yaranmasının ildönümüdür. Bolgexeber.com xəbər verir ki, APA agentliyi 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və “on-line” sistemi ilə həyata keçirilir.
İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Agentlik həftənin bütün günləri hər beş dildə ümumi, iqtisadi bülletenlər hazırlayır, foto və video xidməti göstərir. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Moldova, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Adı çəkilən dövlətlərin bir sıra yayım quruluşları ilə əldə olunan əməkdaşlıq haqda razılaşmaya əsasən bu qurumlarla informasiya mübadiləsi aparılır.
Agentliyin müştəriləri arasında Azərbaycanda fəaliyyət göstərən xarici səfirlik və konsulluqlar, diplomatik missiyalar, beynəlxalq təşkilatların təmsilçilikləri, dövlət strukturları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının ölkəmizdəki nümayəndəlikləri, xarici şirkətlər, yerli və xarici biznes strukturları da var. Azərbaycanda nəşr olunan və yayımlanan 150-dən çox kütləvi informasiya vasitəsi APA-nın abunəçisidir. Abunəçilər sırasında ölkənin aparıcı iqtidar və müxalifət mətbuatı, müstəqil media qurumları üstünlük təşkil edir. Ölkənin əksər qeyri-hökumət təşkilatları, xarici dövlətlərdə fəaliyyət göstərən diaspor qurumları da APA-nın daimi abunəçisidir.
Agentliyin www.apa.az, www.apasport.az ünvanlı internet saytları fəaliyyət göstərir. Bundan başqa, APA-nın gündəlik xəbərlərini mobil telefon vasitəsilə http://wap.apa.az ünvanından da oxumaq mümkündür.
APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin ABŞ, Türkiyə, Rusiya, Gürcüstan, Fransa və Mərkəzi Asiya respublikalarında ofisləri fəaliyyət göstərir.
Agentlik Avropa Şurasında, Dövlət Departamentində, Rusiya XİN-də rəsmi qeydiyyatdan keçib.
APA dünyanın bir çox analitik mərkəzləri, o cümlədən ABŞ-ın “Stratfor” Qlobal Məlumat Şirkəti ilə əməkdaşlıq edir.
Bolgexeber.com-un kollektivi APA-nın yaranmasında, inkişafında, yarandığı gündən indiyədək aparıcı media nüfuzunun qorunub saxlanmasında zəhməti olan hər kəsi ürəkdən təbrik edir, bu əlamətdar gün münasibəti ilə onlara uğurlar və işlərində müvəffəqiyyətlər arzulayır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər