“Azadxeber.az” saytına Pərvin Zeynalov rəhbərlik edəcək
11-06-2012, 13:05
Oxunub: 6 828
Jurnalist Pərvin Zeynalov “Azadxeber.az” saytına baş redaktor əvəzi təyin olunub.
O, baş redaktor Nicat Əliyevin həbsinə qədər saytın xüsusi müxbiri olub. “Media forum” saytına danışan Pərvin Zeynalovun sözlərinə görə, hazırda məqsəd saytın fəaliyyətini əvvəlki kimi davam etdirməkdir.
Pərvin Zeynalov 1988-ci ildə Bakı şəhərində anadan olub. İqtisad Universitetinin məzunudur. 2011-ci ilin yanvar ayından “Azadxeber.az” saytında çalışır. O vaxta qədər ölkənin bir sıra başqa kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edib.
Nicat Əliyev mayın 20-də tutulub. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham olunur. Barəsində 2 ay müddətində həbs qətimkan tədbiri seçilən jurnalist Bakı İstintaq Təcridxanasında saxlanır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər