"Xural"in əmlaki müsadirə olunur
13-05-2011, 16:50
Oxunub: 6 142

Buna səbəb qəzetin baş redaktoru Əvəz Zeynallının məhkəmələrdə cərimələnməsidir.
"Xural" qzəetindən verilən xəbərə görə, hazırda Ədliyyə Nazirliyinin məhkəmə icraçıları qəzetin redaksiyasına gələrək redaksiyanın əmlakını müsadirə etmək üçün siyahılaşdırırlar. Buna səbəb qəzetin baş redaktoru Əvəz Zeynallının məhkəmələrdə cərimələnməsidir.
Qeyd edək ki, bir neçə gün öncə “Xural “ qəzetinin baş redaktoruna Ədliyyə Nazirliyinin Nərimanov rayon məhkəmə icraçılarından xəbərdarlıq gəlmişdi.
Qəzetin redaktoru Əvəz Zeynalı mediaya bildirmişdi ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə olan məhkəmə çəkişməsinə görə ona təzyiqlər gəlir. Belə ki, baş redaktor dünən Ədliyyə Nazirliyinin Nərimanov rayon məhkəmə icraçılarından xəbərdarlıq aldığını deyib. O, bildirib ki, hazırda yaşadığı ünvan araşdırılır: “Mənim adıma olan hər şey əlimdən almaq istəyirlər. Yaşadığım ev isə qayınatamın adınadır. Pul ödənilmədiyi üçün bizə təzyiqlər gəlir. Ancaq biz bu iddialara etiraz etmirik. Sadəcə cərimənin hissə-hissə ödənilməsini istəyirik”.
Qeyd edək ki, Nərimanov rayon məhkəməsi R. Mehdiyevin iddiasına baxaraq “Xural” qəzetini 10 min manat cərimələyib. Proses Ali Məhkəmədə davam etdirilib. Bu qərar fevral ayından qüvvəyə minib.
Məlumat üçün deyək ki, qəzeti bundan başqa Prezident yanında KİV-ə Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərli də məhkəmədə iddia qaldırıb. O qəzetdə şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edib və buna görə, 10 min manat təzminat tələb edib, eləcə də qəzetin ondan rəsmən üzr istəməsini istəyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər