BolgeXeber.Com » Xəbərlər » Bakıda kütləvi dava – REAL VİDEO

Bakıda kütləvi dava – REAL VİDEO

25-05-2015, 17:22
Oxunub: 2 780 Bakıda kütləvi dava – REAL VİDEOPolis artıq davanı törədənlərin axtarışına başlayıb

Ötən gün gecə 04:50 radələrində Bakıda kütləvi dava baş verib.

BOLGEXEBER.COM axar.az-a istinadən xəbər verir ki, iki gənc arasında yaranan mübahisə sonradan kütləvi davaya çevrilib.

Təhlükəsizlik kamerasının yaddaşına düşən görüntülərdən aydın olur ki, mübahisə yaxınlıqda yerləşən gecə klubunda baş verib. Münasibətləri aydınlaşdırmaq istəyən gənclər çölə çıxıb. Dava da bundan sonra başlayıb.

Sosial şəbəkədə yayılan videonun şərh hissəsində dava iştirakçıları və ya yaxınlarının mübahisəni davam etdirdiyini müşahidə etmək mümkündür. Məlumata görə, polis artıq davanı törədənlərin axtarışına başlayıb.

Kütləvi davanın hansı gecə klubunda baş verdiyi barədə qeyd yoxdur.