BolgeXeber.Com » Xəbərlər » Salyanda veteranlarla bağlı dəyirmi masa keçirildi-FOTO

Salyanda veteranlarla bağlı dəyirmi masa keçirildi-FOTO

30-06-2015, 21:34
Oxunub: 5 091 Salyanda veteranlarla bağlı dəyirmi masa keçirildi-FOTO“Qarabağ müharibəsi statuslu insanların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dair təşəbbüslərin dəstəklənməsi” mövzusunda dəyirmi masa keçirilib


BOLGEXEBER.COM bildirir ki,Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi 30 iyun 2015-ci il tarixində Salyan şəhərində Mərkəzi kitabxanada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının sosial vəziyyətlərinin yaxşılaşmasına dair təşəbbüslər” layihəsi çərçivəsində “Qarabağ müharibəsi statuslu insanların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dair təşəbbüslərin dəstəklənməsi” mövzusunda dəyirmi masa keçirmişdir.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoymuşdur.

Tədbirdə Şəhid ailələri, Qarabağ müharibəsi veteranları, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Neftçala rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Rəhimov, Sosial Müdafiəsi Mərkəzinin direktoru Ramil Salmanov, Salyan rayon Mərkəzi xəstəxanasının baş həkimi Hüseynağa Həsənov, Qələbə qəzetinin baş redaktoru Rüstəm Məlikov və s. iştirak etmişdir.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdiyev Mehdi İmdad oğlu çıxış edərək dedi:
-Biz bu layihəni hazırlayanda qarşımıza iki əsas məqsəd qoymuşduq:1) Şəhid ailələrinin və Qarabağ müharibəsi veteranlarının sosial rifahının yaxşılaşdırılması; 2) Onların pensiya yaşına çatana qədər normal pensiya təyin edilməsi üçün iş stajının toplanması.
Biz rayon və şəhərlərdə vakant iş yerlərini və sözügedən statuslu insanların o iş yerlərinə olan təlabatını öyrənib,bu vakansiyalara yerləşdirməyk istiqamətində calışırıq.Zərurət yarandıqda əlavə peşə kurslarına da cəlb edə bilərik. Bu işlərin həyata keçirilməsində İcra hakimiyyyəti başçıları və Məşğulluq mərkəzləri bizə yaxından köməklik göstərirlər.

Sonra Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov çıxış edərək dedi:

-Müharibə iştirakçıları Salyan rayonunda daima diqqət mərkəzindədirlər;
-Şəhid ailələrinin müharibə veterenlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində rayonda müəyyən işlər aparılır, İcra Başçısının göstərişi ilə məşğulluq mərkəzi vakant vəzifələrə ilk növbədə müharibə statuslu insanlara təklif edir və bu yaxınlarda rayonda açılacaq Transformator zavoduna əsasən bu qəbildən olan insanlar işlə təmin olunacaqlar.Məşğulluq mərkəzi ehtiyyac olduqda ixtisaslar üzrə müəyyən kurslar təşkil edəcəklər.

Daha sonra Salyan rayon Mərkəzi xəstəxanasının baş həkimi Hüseynağa Həsənov çıxış edərək bildirdi:

-Müharibə iştirakçılarının müalicəsi daima nəzarət altındadır və onlar lazım olan dərman preparatları ilə tam təmin olunurlar.Bundan əlavə onların ailə üzvləri də xəstəxanamıza müraciət edərkən yüksək diqqət və qayğı ilə qarşılanırlar.

Tədbirdə Salyan rayonu icra hakimiyyətinin başçısı cənab Tahir Kərimov şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin İdarə Heyətinin qərarı ilə Fəxri Diplomla təltif edilmişdir.

Bundan əlavə tədbir iştirakçılarına şirniyyat ilə çay stolu təşkil edilmişdir.

Qeyd edək ki, tədbirin keçirilməsinin əsas məqsədi Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində təşəbbüslərin dəstəklənməsi, Salyan rayonunda bu istiqamətdə görülən və nəzərdə tutulan işlərin müzakirəsidir.
Salyanda veteranlarla bağlı dəyirmi masa keçirildi-FOTO
Salyanda veteranlarla bağlı dəyirmi masa keçirildi-FOTO
Salyanda veteranlarla bağlı dəyirmi masa keçirildi-FOTO
Salyanda veteranlarla bağlı dəyirmi masa keçirildi-FOTO
Salyanda veteranlarla bağlı dəyirmi masa keçirildi-FOTO
Salyanda veteranlarla bağlı dəyirmi masa keçirildi-FOTO