BolgeXeber.Com » Xəbərlər » Mətbaut günü Bərdədə də qeyd olundu-FOTO

Mətbaut günü Bərdədə də qeyd olundu-FOTO

22-07-2015, 20:00
Oxunub: 3 424 Mətbaut günü Bərdədə də qeyd olundu-FOTO22 iyul 2015-ci il tarixdə S.Vurğun adına Bərdə rayon Mərkəzi kitabxanasında Gənclər və İdman idarəsinin və mərkəzi kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının 140-cı ildönümünə həsr olunmuş “Milli mətbuat bu gün”mövzusunda dəyirmi masa keçirilmişdir

Bolgexeber.com-un verdiyi xəbərə görə, tədbirə rayonda fəaliyyət göstərən media nümayəndələri,şairlər,ziyalılar və fəal gənclər dəvət olunmuşlar.Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq təşkilatçılar adından KİV nümayəndələrini bayram münasibəti ilə təbrik etdi və onlara şərəfli işlərində uğurlar arzuladı.1 saylı şəhər kitabxananın müdiri Xədicə Məmmədova mövzu ilə bağlı məruzə etdi.Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov rayon gəncləri adından KİV nümayəndələrini peşə bayramları münasibəti ilə təbrik edərək,milli mətbuatın vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin,milli birlik və şüurun formalaşmasındakı rolundan,dövlətin mətbuata diqqət və qayğısından danışdı.Mətbuatla sıx əlaqələrin bundan sonra da davam etdiriləcəyini vurğuladı.
Laçın rayon ağsaqqallar şurasının sədri,respublikanın əməkdar müəllimi Ağayar İsmayılov,veteran müəllim,şair Rəşid Kazımov,şair Ağa Təhləli,”Addımlar”ədəbi dərnəyinin rəhbəri,şair Zabil Təcnis və başqaları çıxış edərək bu bayram münasibəti ilə KİV nümayəndələrini təbrik etdilər,mediyanın inkişafından,mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışdılar.“AZƏRTAC” Dövlət İnformasiya Agentliyinin Qarabağ bölgəsi üzrə müxbiri Tahir Ağaməmmədov,”Bərdə”qəzetinin məsul katibi,”Qızıl qələm”media mükafatının sahibi Şükufə Əliyeva,İTV-nin “Tərəqqi” medalı ilə təltif edilmiş Qarabağ bölgəsi üzrə müxbiri Şöhrət Eyvazov,”Xəzər”TV-nin Qarabağ bölgəsi üzrə müxbiri Şamxal Adıgözəlov çıxış edərək tədbirin təşkilatçılarına minnətdarləqlarını bildirdilər və göstərilən diqqət və qayğını yüksək qiymətləndirdilər.Tədbirin sonunda Azərbaycan Milli Mətbuatının yaranmasının 140-cı ildönümü münasibəti ilə və rayonda gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin geniş işıqlandırılmasındakı fəaliyyətinə görə bir qrup media nümayəndələri Bərdə rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı ilə təltif edildilər.
Tədbirə Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov yekun vuraraq yetişməkdə olan gənc nəslin mədəni səviyyəsinin yüksəldilməsində,onlara Azərbaycançılıq məfkurəsinin aşılanması işində uğurlar arzuladı.
Mətbaut günü Bərdədə də qeyd olundu-FOTO
Mətbaut günü Bərdədə də qeyd olundu-FOTO
Mətbaut günü Bərdədə də qeyd olundu-FOTO
Mətbaut günü Bərdədə də qeyd olundu-FOTO
Mətbaut günü Bərdədə də qeyd olundu-FOTO