Xəzər insanları udur: Bir gündə 8 ölü
5-08-2015, 13:47
Oxunub: 4 357
Azərbaycanda müxtəlif çimərliklərdə batanların sayı çoxalıb
BOLGEXEBER.COM-un Daxili İşlər Nazirliyinin sayıtna istinadən verdiyi məlumata görə, Sabunçu rayonu ərazisindəki Pirşağı çimərliyində Bakı şəhər sakini Mahir Əlizadə dənizdə çimərkən boğulub.
Bundan başqa Sumqayıt şəhər çimərliyində Astara rayon sakini Elmar Həmidov, Qəbələ rayon sakini Anar Tarıverdiyev və Bakı şəhər sakini Səbinə Məmmədli dənizdə çimərkən boğulub.
Eyni zamanda Xaçmaz rayonunun Niyazabad kəndi ərazisində Ərməki-Qışlaq kənd sakini Elmin Kərimov dənizdə çimərkən boğulub. Boğulan şəxslərin hamısının meyitləri sudan çıxarılıb.
Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 650 metr sağda nəzarətsiz ərazidə) 1997-ci təvəllüdlü Əliyev Mübariz Məlikağa oğlunun suda batması haqqında məlumat daxil olub. M.Əliyevin cəsədi “Pirşağı” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakının Qaradağ rayonunda da anoloji hadisə baş verib. Dənizdə (nəzarətsiz ərazidə) 1997-ci təvəllüdlü Akın Ərbin suda batıb. A.Ərbinin cəsədi “Qaradağ-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xəzər rayonunda isə dənizdə 1998-ci il təvəllüdlü Bədəlova Leyla Elşad qızı batıb. Onun cəsədi “Nərdaran-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər