BolgeXeber.Com » Xəbərlər » Öldürülən sabiq polislə qatilin dostları davaya çıxdı – Foto

Öldürülən sabiq polislə qatilin dostları davaya çıxdı – Foto

29-08-2015, 12:42
Oxunub: 3 256 Öldürülən sabiq polislə qatilin dostları davaya çıxdı – FotoRövşən Həsənovu yaxşı tanıyıram. O, durduğu yerə belə addım atmazdı

Axar.az xəbər verir ki, bu sözləri sabiq polis əməkdaşı Nadir İbrahimovun qatili Rövşən Həsənovun tanışı kimi özünü təqdim edən şəxs Feysbuk səhifəsində yazıb. Rövşən Quliyev adlı sosial şəbəkə istifadəçisi cinayəti törədən Rövşən Həsənovu tanıdığını qeyd edib. Onun statusuna öldürülən N.İbrahimovu tanıyan Pəri Mövsüm adlı şəxs cavab verib: “Sənin Rövşənin mənim ən yaxın dostumu öldürüb. Səni inandırıram ki, bu “durduğu yerə” törədilmiş cinayətdir. Mənim dostum Nadir İbrahimov qəbahətli iş görməyib. O, sadəcə, keçmiş sevgilisi ilə barışmaq və onunla ailə qurmaq istəyirdi. Qız isə artıq başqası ilə görüşürdü - cinayəti törədən adamla. Yeri gəlmişkən, həm də evli bir adamla...” Qeyd edək ki, N.İbrahimovun Feysbuk səhifəsində paylaşdığı şəkillərindən görünür ki, o da ailəli olub. Onun qızı ilə birlikdə fotosu var. Hadisə bu gecə saat 3 radələrində baş verib. N.İbrahimov güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb. Hadisəni münaqişə zəminində törədən Rövşən Həsənov könüllü olaraq təslim olub. O, hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və patron darağını təhvil verib.
Öldürülən sabiq polislə qatilin dostları davaya çıxdı – Foto
Öldürülən sabiq polislə qatilin dostları davaya çıxdı – Foto