BolgeXeber.Com » Xəbərlər » Bakının gecə həyatı: küçə qadınları və "mavi"lər harda toplaşır? - FOTOLAR

Bakının gecə həyatı: küçə qadınları və "mavi"lər harda toplaşır? - FOTOLAR

21-10-2015, 09:22
Oxunub: 8 673 Bakının gecə həyatı: küçə qadınları və "mavi"lər harda toplaşır? - FOTOLARYerli sakinlər bu ərazilərdən yollarını salmırlar

Bakının ən ciddi problemlərindən biri də təbii ki, küçə qadınlarıdır. Onlar rahat şəkildə istədikləri yerlərdə özlərinə yer tapa bilirlər. Əsasən, hava qaraldıqdan sonra “işə” başlayan bu qadınları müşahidə etmək elə də çətin deyil. Çünki onlar mərkəzi küçələrdə və insanların daha çox hərəkət etdikləri ərazilərdə gözə dəyirlər.

Bolgexeber.com-un musavat.com-a istinadən məlumatına görə, gecə “işə” başlayanlar təkcə qadınlar deyil, “mavi”lər də öz fəaliyyətlərini yerinə yetirmək üçün əsasən günün sonunu - havanın qaralmasını gözləyirlər. Səbəb isə təbii ki, bəllidir:

Axşam saatlarında küçəyə çıxmaq onlar üçün daha rahat olur. Onları axtaranlar da havanın qaralmasını gözləyirlər.

Bakını müxtəlif yerlərində - motellərdə, otellərdə, kafelərdə, barlarda, masaj salonlarında əxlaqsızlıq yuvalarının olması məlumdur.

Qapalı məkanlardan başqa paytaxt küçələrinin elə yerləri var ki, artıq oranı hər kəs “gecə zəhmətkeşləri”nin toplantı yeri kimi tanıyır. Və həmin ərazilər axşam saatlarında yalnız onların istifadəsində olur. Bundan xəbərdar olan sakinlər həmin ərazilərdən yolunu salmırlar.

Paytaxt Bakıda müşahidə olunan bu biabırçılıqla bağlı bir neçə dəfə mətbuatda yazılar dərc edildikdən sonra hüquq-mühafizə orqanları müvafiq tədbirlər görərək, qeyd edilən ünvanlarda əməliyyat keçiriblər. Amma təəssüflər olsun ki, bir müddət sonra həmin vəziyyət yenidən müşahidə olunur.

Bir məsələni də qeyd etmək lazımdır ki, bu yolun yolçularını haradan qovsalar da, qarşısını almaq çətin, bəlkə də mümkünsüzdür. “Yolçu yolunda gərək” deyən bu şəxslər öz əməllərini harada istəsələr, davam etdirməyə macal tapa bilirlər. Lakin bunun qarşısının alınması, ən azından şəhər küçələrindən uzaqlaşdırılması mümkündür.

Məsələn, bir müddət əvvəl hətta günün günorta vaxtında belə, Səməd Vurğun bağını özlərinə məskən seçən küçə qadınları haqda mətbuatda yazı dərc edildikdən sonra onlar uzun müddət həmin parkdan “yoxa çıxdıqlar”.

Nəriman Nərimanov parkında gecə saatlarında peyda olan küçə qadınları oradan qovuldu. Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yol kənarlarında dayanan küçə qadınları yeni icra başçısının gəlişindən sonra qeybə çəkildilər.

Sadaladıqlarımızdan da aydın görünür ki, əgər istənilən vaxt bu yolun yolçularını ən azından sakinləri narahat edən, onların rahat hərəkətinə, istirahətinə mane olan ərazilərdən uzaqlaşdırmaq mümkündür. Bu isə rayonlara rəhbərlik edən şəxslərdən asılıdır.

İndi küçə qadınlarının ən çox peyda olduğu rayonlar sırasında Nizami rayonun da adı var. Axşam saatlarında Nizami rayonunun mərkəzi küçələrində bir neçə dəqiqəlik müşahidə zamanı “mavi”lər və küçə qadınlarını görmək mümkündür. Onlar rahat, sanki, bu “işi" görmək bunlara xüsusi olaraq tapşırılıbmış kimi heç nədən çəkinmədən öz işlərini görürlər. Bəzən saatlarla ərazidə polis əməkdaşlarını görmək olmur.

“Xalqlar dostluğu” metrostansiyasının çıxışı gecə saatlarında küçə qadınlarının məskəninə çevrilir. Artıq uzun müddətdir ki, gecə saatlarında rayon ərazisində peyda olan küçə qadınları rahat şəkildə “fəaliyyət” göstərirlər. Axşam saatlarında bir müddət burada müşahidə aparsaq da, heç bir Post Patrul Xidmətinin (PPX) əməkdaşını görə bilmədik.

Rayonun daha bir ərazisində - “Neftçilər" metrostansiyasının yaxınlığında da küçə qadınları və “mavi”lər hər axşam “iş” başında olur. Uzun illərdir ki, metronun çıxışı gecə saatlarında “mavi”lər və küçə qadınları tərəfindən zəbt edilir. Yolu buradan düşənlər və rayon sakinləri bu vəziyyətin illərdir ki, şahididirlər.

Amma bir məqamı da qeyd edək ki, dünən rayon ərazisində müşahidə apararkən yol kənarında dayanan bir “mavi” “müştərilər”dən biri ilə söhbət edərkən əraziyə PPX əməkdaşları gəldi. “Müştəri”ni ərazidən yola salan PPX əməkdaşları “mavi”ni xidməti maşına mindirərək, ərazidən uzaqlaşdırdılar.

Lakin PPX əməkdaşlarının da nəzarəti lazımi səviyyədə olmadığından bu “peşə”nin sahibləri rahat şəkildə istədiklərini edirlər. Əlbəttə ki, bu problemin qarşısının alınması yalnız müvafiq dövlət qurumlarının istəyi və tapşırığı əsasında mümkün ola bilər.
Bolgexeber.com
Bakının gecə həyatı: küçə qadınları və "mavi"lər harda toplaşır? - FOTOLAR
Bakının gecə həyatı: küçə qadınları və "mavi"lər harda toplaşır? - FOTOLAR
Bakının gecə həyatı: küçə qadınları və "mavi"lər harda toplaşır? - FOTOLAR
Bakının gecə həyatı: küçə qadınları və "mavi"lər harda toplaşır? - FOTOLAR
Bakının gecə həyatı: küçə qadınları və "mavi"lər harda toplaşır? - FOTOLAR
Bakının gecə həyatı: küçə qadınları və "mavi"lər harda toplaşır? - FOTOLAR
Bakının gecə həyatı: küçə qadınları və "mavi"lər harda toplaşır? - FOTOLAR