Fəzail Ağamalının seçiciləri ilə görüşləri davam edir (FOTO)
21-10-2015, 18:28
Oxunub: 4 188
Oktyabrın 21-də 60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Fəzail Ağamalı rayonun Yenikənd kəndi üzrə inzibati ərazi nümayəndəliyinə daxil olan Yenikənd, Həsənli, Qardili, Şəkərli kəndlərinin sakinləri ilə növbəti görüşünü keçirib
Yüzlərlə seçicinin iştirakı ilə keçirilən görüşü F.Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfət Bədəlov açaraq seçicilərə namizədin fəaliyyəti barədə ətraflı məlumat verib.
Bildirilib ki, F.Ağamalı ötən əsrin 80-ci illərinin axırlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatında da yaxından iştirak edib, ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi uğrunda ən fəal mübarizə aparanlardan biri olub.
Qeyd olunub ki, son beş il ərzində F.Ağamalı ona müraciət edən seçicilərin problemlərinin həllində yaxından iştirak edib.
Görüş iştirakçıları Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətini müdafiə etdiklərini bildiriblər və bu siyasətin ən fəal iştirakçılarından biri olan F.Ağamalıya səs verəcəklərini diqqətə çatdırıblar.
Kənd ağsaqqallarından Allahyar Əsədov, əmək veteranı Mahmud Cəfərov, kənd ziyalıları Elmira İbrahimova, Səlimağa Səlimov və digər şəxslər çıxış edərək, kəndlərində yaradılmış yüksək şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirərək, görüş iştirakçılarını bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və F.Ağamalıya səs verməyə çağırıblar.
Görüşdən sonra gənc müəllimlər Esmira və Ayşənin təklifi ilə F.Ağamalı bu məktəbdə gedərək, oradakı şəraitlə yaxından tanış olub. Müəllimlər gələcəkdə məktəbin tam orta məktəbə keçirilməsi üçün məsələnin müvafiq qurumlar qarşısında qaldırılmasını F.Ağamalıdan xahiş ediblər.
Görüşdə F.Ağamalının vəkilləri – Qulu Novruzov, Xidmət Orucov və Yavər Hüseynov iştirak ediblər.
Bolgexeber.com





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər