Eldar Mahmudov Arif Alışanovu necə tələyə salıb? - ŞOK İDDİA
16-11-2015, 12:47
Oxunub: 4 771
AzTV-nin rəhbəri Arif Alışanov da "MTN işi"nə görə narahatdır
İstiqlal.az-a daxil olan məlumata görə, Arif Alışanov Eldar Mahmudov və dəstəsini maliyyələşdirənlərdən olub.
Məlumata görə, Arif Alışanovun keçmiş Eldar Mahmudovun “tələsinə" düşməsinin səbəbkarı kürəkəni Orxan Əkbərov olub. Orxan Əkbərov Fətulla Gülənin Azərbaycandakı ofisinin “qeyri rəsmi” koordinatoru Elnur Aslanovun sağ əlidir.
Bildirilir ki, Orxan Əkbərov hələ 2012-ci ildə Vaşinqtonda təşkil olunan bir tədbirdən sonra Pensilvaniyaya gedərək Fətulla Gülənlə görüşüb. Onun Fətulla Güləndən hocasından bir çox məsələlərdə məsləhət aldığını sübut edən həmin görüşün dəlilləri MTN-ə göndərilib. Bu faktlardan istifadə edən Eldar Mahmudov ildə dövlət büdcəsindən 40 milyondan çox vəsaiti sümürən AzTV şefini “aylığa” otuzdurub. Beləliklə, Eldar Mahmudov sevimli kürəkənin “Pensilivaniya görüşü” ilə bağlı ona ötürülən görüntüləri protokollaşdırmadan şəxsi arxivində saxlayıb.
Eldar Mahmudovun işdən qovulmasından sonra MTN-də başlanan araşdırma zamanı “Gülən işi” ilə əlaqədar xeyli sayda dövlətin üst qatından gizli saxlanılan sənədlər arasında Arif Alışanovun kürəkənin də adı qeyd olunan faktlar ələ keçib. Hazırda bu istiqamətdə də genişmiqyaslı araşdırmanın aparıldığı söylənilir.
İstiqlal.az bundan əvvəl məlumatda yaymışdı ki, Eldar Mahmudovun atası akademik Əhməd Mahmudovun doğum və ölüm günlərini xüsusi təmtəraqla qeyd edən Arif Alışanov “MTN işi”ndən dərhal sonra Eldar Mahmudovun atasının bütün “lentləri”ni tarixin oxunmayan arxivinə göndərib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər