İki nəfəri bıçaqlayıb intihar edən direktorla bağlı ŞOK XƏBƏR - QUMBARA İLƏ
3-03-2016, 17:00
Oxunub: 1 397
Baş Prokurorluq məlumat yaydı
Baş Prokurorluq martın 2-də Lerik rayonunun Veri-Əliabad kəndində baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, kənd sakini Adil Rəhimovun həmkəndlisi Seyid Qurbanovu odlu silah və bıçaqla qəsdən öldürməyə cəhd etməsi və özünü öldürməsi faktlarına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 125 (özünü öldürmə həddinə çatdırma) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə saat 05:00 radələrində A.Rəhimov şəxsi münasibətlər zəminində aralarında yaranmış narazılığa görə həmkəndlisi S.Qurbanovu öldürmək məqsədilə ov tüfəngi, bıçaq və balta götürüb onun yaşadığı evə gələrək arvadının və üç ayzaşlı uşağının gözləri qarşısında ov tüfəngindən bir dəfə atəş açıb, mətbəx bıçağı ilə ona və arvadı Sevda Qurbanovaya müxtəlif bədən xəsarətləri yetirib. A.Rəhimov iradəsindən asılı olmayan səbəblərdən S.Qurbanovu öldürə bilməyərək hadisə yerini tərk edib. Bundan sonra A.Rəhimov kənd qəbristanlığına gələrək həmin tüfənglə özünə atəş açmaqla intihar edib.
Hadisə yerindən üzərində qanabənzər ləkələr olan mətbəx bıçağı, balta, yivsiz ov tüfəngi, patron və əl qumbarası aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər