BolgeXeber.Com » Xəbərlər » Rusiyada Azərbaycan və Türkiyəni müdafiə edən jurnalist işini itirdi - VİDEO

Rusiyada Azərbaycan və Türkiyəni müdafiə edən jurnalist işini itirdi - VİDEO

13-04-2016, 14:51
Oxunub: 2 644 Rusiyada Azərbaycan və Türkiyəni müdafiə edən jurnalist işini itirdi - VİDEO“Moskvadan tələb gəlmişdi”

Türkiyənin “İhlas” xəbər agentliyinin Moskva müxbiri, son günlər Rusiya telekanallarında Azərbaycanın maraqlarını müdafiə edən Fuad Abbasov işdən çıxarılıb.
Oxu.Az-ın verdiyi xəbərə görə, bunu jurnalistin özü Facebook səhifəsində yazıb.
“1997-ci ildən bu yana işlədiyim Türkiyənin “İhlas Haber Ajansı”nın rəhbərliyi Moskvadakı işimə son verməyə qərara aldı.
Mənə göndərilən rəsmi məktubda “İşlərin orada istədiyimiz kimi getməməsini” səbəb kimi göstərməsinə baxmayaraq, hansı işlərdən nə istədiklərini başa düşmədim. Son 6 ayda Rusiyanın müxtəlif qəzet, internet mətbuatı, radio ve televiziyalarında 50-dən çox çıxışım olub və heç bir qarşılıq gözləmədən “Su-24” böhranından sonra Türkiyənin möqelərini Rusiyada müdafiə etmək başlıca “işim” olub.
Buradakı türk məsləkdaşlarımdan ən çox eşitdiyim tənbeh isə “Boş ver Rusiya-Türkiyə münasibətlərini, işindən atılarsan, kimsə sənə sahib çıxmaz” sözləri idi.
Xəbər agentliyimizdə çox güvəndiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının, Moskvadan gələn tələb qarşılığında olduğunu öyrəndim.
Təbiidir ki, buna çox sevinənlər var. Çunki son 6 ayda Türkiyəni Rusiya mediasında müdafiə edən, Rusiyada açılan PYD təmsilçiliyinə qarşı çıxan, PKK-nın Moskvadakı fəaliyyətini tənqid edən, rus siyasətçilərin Türkiyəyə qarşı düşüncələrinin yalnış olduğunu bu ölkənin ictimaiyyətinə çatdıran başqa heç kim yox idi.
Sevinənlər arasında mən də varam, çünki son günlərdə gözünə yuxu getməyən anam, gecələr rahat yata biləcək...
Allah şəhidlərimizə rəhmət eləsin, vətən uğrunda tökdükləri qan yerdə qalmaz, İnşallah”, - deyə F.Abbasov bildirib.