BolgeXeber.Com » Xəbərlər » Cəlilabadda gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir-FOTO
Cəlilabadda gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir-FOTO
15-04-2016, 09:27
Oxunub: 3 819
14 aprel 2015-ci il tarixdə Gənclər və İdman Nazirliyi tərəfindən Cəlilabad rayon Heydər Əliyev Mərkəzində çağırışyaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi mədəni-kütləvi tədbir keçirilmişdir
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon idarəsinin şəxsi heyəti,gənc çağrışçılar və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirin keçirilməsində məqsəd hərbi hissələrə yolasalınan gənclərə uğurlar diləmək və çağırışyaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi üçün tövsiyyələr vermək olmuşdur. Tədbirlərdə Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramin Rəhimov,Gənclər və İdman Nazirliyin sektor müdiri Əli Məmmədov və “N” saylı hərbi hissənin giziri Rüstəm Rüstəmovun çıxışları dinlənilmiş.Ramin Rəhimov çıxışında bildirmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi rəşadət heç kimin iradəsindən asılı olmayaraq yağı düşmənin tapdağında olan əzəli və əbədi torpaqlarımızın tezliklə azad ediləcəyinə əminlik ifadə edir.Bu əminlik isə ölkəmizin hərbi -siyasi üstünlüyü ,bir də Ali Baş Komandan ,prezident İlham Əliyevin xalqla birliyindən daha real görünür.Silahlı Qüvvələrimizin əldə etdiyi böyük qələbə bütün cəlilabadlılarda ruh yüksəkliyi yaratmış,qələbədən sevinc hissi duymuşlar. Tədbirdə çıxış edən digər iştirakçılarda Milli Ordumuzun əldə etdiyi böyük qələbə münasibəti ilə xalqımızı təbrik etmiş, bu qələbədən sonsuz sevinc duyduqlarını, hər an cənab Prezidentin əmri ilə Vətən yolunda canlarından keçməyə hazır olduqlarını, bu şərəfli yolda heç nələrini əsirgəməyəcəklərini bildirmişlər.Tədbir gənc ifaçıların iştirakı ilə vətənpərvərlik mövzusunda tərtib edilmiş konsert proqramı ilə davam etmişdir.
Bolgexeber.com



.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər