"Vətənimizin ərazi bütövlüyünü birgə qoruyaq"-Hacıqabulda tədbir
15-04-2016, 19:34
Oxunub: 3 824
"Əminliklə bildirirəm ki, Azərbaycanın işğal altında olan bütün əraziləri azad ediləcək, üç rəngli bayrağımız bütün Qarabağda dalğalanacaqdır"
Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsinin əhali arasında hərbi-vətənpərvərlik işinin gücləndirməsi məqsədi ilə 2016-cı il üzrə tədbirlər planına əsasən 15 aprel 2016-cı il tarixində Atbulaq kənd Mədəniyyət evi, Atbulaq kənd klubu, Cavad Cavadov adına Atbulaq kənd tam orta məktəbi və Kürçülü kənd Natiq Mustafayev adına tam orta məktəbi, Kürçülü kənd kitabxana filialının təşkilatçılığı ilə “Vətənimizin ərazi bütövlüyünü birgə qoruyaq” devizi altında hərbi-vətənpərvərlik ruhunda tədbir keçirildi. Cəbhə xəttində düşmənlə döyüşlərdə şəhid olan hərbiçilərimizin və mülki şəxslərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Atbulaq kənd klubunun müdiri Hüseyn Nəsirov çıxış edərək bildirdi ki, Atbulaq kəndi 12 nəfər şəhid vermişdir. Son günlər erməni işğalçılarının cəbhədə təxribatlar törətdiyini və Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələrini diqqətə catdırıb, Əminliklə bildirirəm ki, Azərbaycanın işğal altında olan bütün əraziləri azad ediləcək, üç rəngli bayrağımız bütün Qarabağda dalğalanacaqdır.
Atbulaq kənd Mədəniyyət evinin direktoru Əminə Gülməmmədova qeyd etdi ki, aprelin 2-dən başlayaraq işğalçı Ermənistan qoşunların cəbhə xəttindəki bölmələrimizi və yaşayış məntəqələrimizi amansız atəşə tutmasına cavab olaraq ordu hissələrimiz tərəfindən düşmənə ağır zərbələr endiriblər.
Çıxış edən digər əməkdaşlar Azərbaycan Ordusunun gücünə inandıqlarını bildirib, ilk çağırışda xalqın Ali Baş Komandanın səsinə səs verməyə hazır olduqlarını qeyd edərək qəhrəman hərbiçilərimizə daim zəfər arzuladılar. Sonra məktəblilərin söylədikləri şerlər və əllərində tutduqları dalğalanan bayraqlar hamı tərəfindən alqış sədaları altında qarşılandı.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər