BolgeXeber.Com » Xəbərlər » Kürdəmirdə 15-ci əsr qaydaları: Vaqif Alıyev pulu necə qazanır? - təfsilat

Kürdəmirdə 15-ci əsr qaydaları: Vaqif Alıyev pulu necə qazanır? - təfsilat

18-04-2016, 11:29
Oxunub: 2 791 Kürdəmirdə 15-ci əsr qaydaları: Vaqif Alıyev pulu necə qazanır? - təfsilatRayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri hər il büdcədən odun pulu alır

Azərbaycan son illər xeyli inkişaf etsə də, bir sıra rayonların rəhbərləri və rəsmiləri hələ də özlərini 15-ci əsrdəki kimi hiss edir. Əksər rayonlar çoxdan təbii qazla təmin edilsə də, bu rayonların bəzi idarə və müssisə rəhbərləri pul qazanmaq üçün hələ də odunpulu yığmaqla və ya silməklə məşğuldurlar.

Bolgexeber.com
Politika.Az-a istinadən xəbər verir ki, Kürdəmirdə də durum eynidir. Rayonun Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev sözün həqiqi mənasında 15-ci əsrdə qalıb. Onun büdcə pullarını silmək üçün yeni vasitələr üzərində baş sındırmaması da bundan irəli gəlir. Çünki 21-ci əsrdə şöbə üçün odun yanacağının alınması sözü özü belə gülməli görünür.

Qeyd edək ki, ötən il şöbə müdiri odun yanacağının alınması üçün 13 min manat xərcləndiyini sənədləşdirib. Halbuki Kürdəmirdə təbii qaz var və odun yanacağına qətiyyən ehtiyac yoxdur. Kəndlərin kitabxana və mədəniyyət evlərinin qızdırılması müzakirə predmeti olarsa, Vaqif Alıyevə sual vermək lazımdır ki, heç olmasa belələrindən 3-nün adını çəksin. Çəkə bilməz, ona görə ki, yoxdur. Varsa belə kağız üzərindədir, reallıqda isə mövcud deyil.

Vaqif Alıyevin bir başqa pulsilmə yeri də dəftərxana ləvazimatlarının alınmasıdır. Ötən il Kürdəmir Mədəniyyət və Turizm Şöbəsinin müdiri bu məqsədlə 17 min manatın «anasını ağlar qoyub».

Rayonda əsaslı təmir işləri aparmaq üçün büdcədən 19607 manat alan şöbə müdiri, cari təmir işləri üçün bu rəqəmi 36648,5 manata çatdırıb.

Avadanlıq və digər avadanlıqların satın alınması üçün də az pul sərf olunmayıb. Düzdür, ortada hansı avadanlıqdan söhbət getdiyi məlum deyil. Bunu bilsə də, ancaq Vaqif Alıyev billə bilər. Məsələn, digər maşın və avadanlıqların satın alınmasına 23902 manat, avadanlıqların satın alınmasına isə 17906 manat sərf olunduğu vurğulanır.

Kürdəmir Mədəniyyət və Turizm Şöbəsinin müdiri bərk inventarların alınması adı altında da pul silməyə nail olub. Politika.az xəbər verir ki,»SRS-Kompany» şirkətinin əliylə həyata keçirdiyi üçüncü əməliyyatdan onun əldə etdiyi qazanc 31968 manat təşkil edib. Eyni şirkətin əliylə həyata keçirilmiş bir başqa əməliyyat da yumuşaq inventarların alınması olub ki, bu da büdcəyə 8066 manata başa gəlib.