Marketdən ərzaq alan müştəri evdə sürprizlə rastlaşdı - FOTO
18-04-2016, 13:45
Oxunub: 3 930
Şəkildən göründüyü kimi qayda tamamilə pozulmuşdur
Bu şəkli FaktXeber.com-a oxuculardan biri göndərib. Fotodan görünür ki, içərisində manna yarması olan bağlamanın arxa hissəsində həm məhsulun öz adı, həm də "Kəllə qənd" sözləri yazılıb.
Marketdən ərzaq alan müştəri evdə sürprizlə rastlaşdı
İndi bəlkə də bəziləri deyəcək ki, hə nə olsun? Səhvdir də olub. Amma əslində, hər bir mal müvafiq standartın və digər normativ-texniki sənədlərin tələblərinə uyğun istehsal edilməli və yalnız bundan sonra ticarət dövriyyəsinə çıxarılmalıdır. Texnoloji proseslərə düzgün əməl edilmədən istehsal olunan məhsulların keyfiyyət əlamətlərində və təhlükəsizlik göstəricilərində ciddi dəyişikliklərə səbəb ola bilir.
Digər tərəfdən malın üzərində onun adı, istehsalçının adı və ünvanı, tərkibi, istehsal tarixi, saxlanma müddəti, saxlanma şərtləri və şəraiti, xalis çəkisi, qida dəyərliliyi, sağlamlıq üçün zəruri maddələrin normativ sənədlərin tələbləri ilə müqaisəli miqdarı, malın işlədilməsi və təhlükəsiz istifadə edilməsi üsulları və qaydaları, məhsulun hazırlanmasında istinad olunan standartın və digər normariv-texniki sənədin adı və nömrəsi, məcburi sertifikatlaşdırılmalı mallar üçün “AZS” milli uyğunluq nişanı, sertifikatlaşma barədə qeyd və s. məlumatlar öz əksini tapmalıdır.
Şəkildən göründüyü kimi bu qayda tamamilə pozulmuşdur.
Mövcud qanunvericiliyə görə hər bir istehlakçının malın keyfiyyətinə və təhlükəsizliyinə zəmanət almaq hüququ vardır. Bu o deməkdir ki, istehlakçı aldığı malın qeyd olunan xüsusiyyətləri barədə tam əmin olmalı və ticatət obyekti buna təminat verməlidir. Bu baxımdan da sahibkarlar malın istehsalı, emalı, tədarükü, saxlanması, daşınması və satışı mərhələlərində onun keyfiyyətli və təhlükəsiz olmasını təmin etməyə borcludur.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər