“Tarixi Abidələrimizi Tanıyaq və Tanıdaq” devizxi altında tədbir-Bərdədə
19-04-2016, 11:48
Oxunub: 4 839
Tədbir ilk öncə 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm dərnəyi üzvlərinin açıq havada çəkdikləri rəsm əsərlərinin sərgisi ilə başladı
Hər bir xalq öz tarixi keçmişi ilə tanınır. Tarixi vərəqlədikcə xalqımızın necə bir ulu xalq olduğunu görüb fərəhlənir, mədəniyyətimizin çox böyük dövrləri əhatə etdiyinin şahidi oluruq. Qürur hissi ilə qeyd etməliyik ki, dünyanın nəhəng ölkələri ilə müqayisədə ərazimiz nə qədər kiçik olsada zəngin mədəniyyətimiz daim diqqət mərkəzində olmuşdur.
Azərbaycanın ilkin yaşayış yerlərindən, qədim mədəniyyət mərkəzlərindən biri də tarixin özü qədər qocaman Bərdəmizdir. O Bərdəmiz ki, 500 il ölkənin baş şəhəri, paytaxtı olmuşdur. O Bərdəmiz ki, adı şərqin ulu və möhtəşəm şəhərləri ilə bir sırada çəkilərək Reylə, Bağdadla müqaisə olunmuşdur.
Dəfələrlə yadellilərin hücumlarına məruz qalmasına baxmayaraq Bərdəmizin tarixi, mədəniyyət abidələri bu günümüzə qədər gəlib çatmışdır.
Babalarımızdan bizə miras qalan bu tarixi abidələri, dünənimizdən bu günümüzə işıq salan bu sənət incilərini qoruyub saxlamaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq bizim hər birimizin vətəndaşlıq borcumuzdur. Bütün bunları nəzərə alaraq Bərdə şəhərində 18 aprel tarixində “Beynəlxalq Abidələr və Tarixi Yerlər”günü münasibətilə Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi silsilə tədbirlər keçirmişdirki, həmən tədbirlərdən biri Bərdə türbəsinin ətrafında baş tutdu. Tədbir “Tarixi Abidələrimizi Tanıyaq və Tanıdaq” devizxi altında keçirildi. Tədbir ilk öncə 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm dərnəyi üzvlərinin açıq havada çəkdikləri rəsm əsərlərinin sərgisi ilə başladı. Tədbirdə çıxış edən Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Validə Nabatova Bərdə rayonunda olan tarixi abidələr haqqında ətraflı məlumat verib Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Bərdə türbəsinin yenidən bərpa olunmasından, 2015-ci ilin mart ayında Prezidentimizin Bərdəyə səfəri zamanı türbədə olaraq təmir prosesi ilə yaxından tanış olmasını bildirdi. Daha sonra çıxış edən Bərdə Turizm İnformasiya mərkəzinin direktoru Hikmət Heydərov rayonda və regionda yerləşən zəngin tarixi abidələrin turizm potensialının inkişafındada danılmaz rolu olduğunu qeyd etdi. Bərdə Rəsm Qalareyasının direktoru Səbuhi Qasımov isə Heydər Əliyev fondunun, UNESCO və İSESCO -nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın mədəniyyətimizin dünyada tanıdılması haqqında məruzə ilə çıxış etdi. Tarixi abidələrin mühafizəsi fondunun işçisi Aynur İsmayılova isə keçmişimizi unutmamağa və təbliğ etməyə səslədi. Tədbir sonda konsert proqramı ilə davam etdi.
Bolgexeber.com





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər