BolgeXeber.Com » Xəbərlər » Emoməli Rəhmon istədiyi qədər prezident olacaq

Emoməli Rəhmon istədiyi qədər prezident olacaq

23-05-2016, 16:38
Oxunub: 2 183 Emoməli Rəhmon istədiyi qədər prezident olacaqTacikistanda Konstitusiyaya düzəliş və əlavələrlə bağlı ümumxalq referendumu başa çatıb

Tacikistan Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının verdiyi məlumata görə, yerli vaxtla saat 20.00-da ölkədə yaradılan 68 seçki dairəsi, 3,24 min seçki məntəqəsində səsvermə başa çatıb.

İlkin nəticələrə görə, səs hüququ olan vətəndaşların 83,3 faizi səsvermədə iştirak edib ki, bu da referendumun baş tutması deməkdir.

Referendumu Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin, həmçinin beynəlxalq təşkilatların müşahidəçiləri və yerli nümayəndələr izləyiblər.

Tacikistan prezidenti Emoməli Rahmon paytaxtdakı 15 nömrəli seçki məntəqəsində səs verib.

Əgər düzəliş və əlavələr ümumxalq səsverməsi yolu ilə qəbul olunarsa, Tacikistan prezidenti Emoməli Rəhmon istənilən qədər prezident seçilə biləcək. Yeni düzəlişə görə, prezidentliyə namizədin yaş senzi 35-dən 30-a endiriləcək.

Əsas qanuna edilən əlavəyə əsasən Konstitusiya Şurası ləğv olunacaq, dini xarakterli partiyanın yaradılması qadağan ediləcək.

Xatırladaq ki, Tacikistan prezidentinin indiki səlahiyyət müddəti 2020-ci ildə başa çatır.

Referendumun nəticələri mayın 23-də elan ediləcək.

Azərbaycan Milli Məclisinin deputatları İqbal Məmmədov, Rüfət Quliyev və Mərkəzi Seçki Komissiyasının nümayəndələri referendumda müşahidəçi qismində iştirak ediblər.

* * *10:02

Bu gün Tacikistanda ölkə Konstitusiyasına düzəliş və əlavələrlə bağlı referendum keçirilir.

Əgər düzəliş və əlavələr ümumxalq səsverməsi yolu ilə qəbul olunarsa, Tacikistan prezidenti Emoməli Rəhmon istənilən qədər prezident seçilə biləcək.

Yeni düzəlişə görə, prezidentliyə namizədin yaş senzi 35-dən 30-a endiriləcək. Əsas qanuna edilən əlavəyə əsasən, Konstitusiya Şurası ləğv olunacaq, dini xarakterli partiyanın yaradılması qadağan ediləcək.

Tacikistan Konstitusiyası 1994-cü il noyabrın 6-da ümumxalq səsverməsi yolu ilə qəbul edilib. 1999-cu və 2003-cü illərdə Konstitusiyaya düzəliş və əlavələr olunub.

Xatırladaq ki, Tacikistan prezidentinin indiki səlahiyyət müddəti 2020-ci ildə başa çatır.

Azərbaycan Milli Məclisinin deputatları İqbal Məmmədov, Rüfət Quliyev və Mərkəzi Seçki Komissiyasının nümayəndələri referendumda müşahidəçi kimi iştirak edirlər. (AzərTAc)