BolgeXeber.Com » Xəbərlər » Oğlu “avtoş” məmurun bazarı çökür

Oğlu “avtoş” məmurun bazarı çökür

25-05-2016, 10:16
Oxunub: 2 933 Oğlu “avtoş” məmurun bazarı çökürOğlunun avtoşluq etməsi ilə adı mətbuata çıxan Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin müdiri Nurpaşa Abdullayevə məxsus bazar da çökmək üzrədir

Binəqədi rayonunda, “3-cü mikrorayon bazarı” adı ilə tanınan ticarət mərkəzi artıq əvvəlki kimi gəlir gətirmədiyindən bir çox satıcılar obeyktlərini bağlayıb gediblər. Hazırda ticarət mərkəzində icarəyə verilən yerlərin çox olması da bunun göstəricisidir.

Bazarda işləyən satıcılar isə vəziyyətin ürəkaçan olmadığını deyirlər. Musavat.com-un müxbiri sözügedən ticarət mərkəzinə baş çəkib, vəziyyətlə maraqlanıb. Mövcud durumu öyrənmək üçün ilk növbədə satıcılarla həmsöhbət olduq.

Bazarda çalışanların simasında narazılıq ilk baxışdan hiss olunur. O qədər də böyük olmayan bazarın 100-dən çox satıcısı var. Belə ki, icarəyə verilən obyektlərin kvadratmetri kiçik olduğundan sıxlıq yaşanır.

Bir sözlə, bazar rəhbərliyi qazancını artırmaq məqsədi ilə obyektini daha kiçik hissələrə bölərək, icarəyə verib.

“Mikrorayon bazarının” bir hissəsində meyvə-tərəvəz, digər hissəsində isə tikinti materialları satışı həyata keçirilir.

Satıcıların sözlərinə görə, bazarda alver yox dərəcəsindədir.

Adının çəkilməsini istəməyən satıcılar alıcılığın olmamasından şikayətlənirlər: “ Bir neçə aydır ki, bazarda durğunluqdur. Tikinti materialları bölməsində demək olar alıcı gözə dəymir. 2-3 ay öncə gətirdiyimiz malları hələ də sata bilməmişik. Bəzilərimiz günortadan sonra taksi fəaliyyəti göstəririk. Gündəlik çörəkpulunu çıxara bilirik. Burada isə bəxti-xuda işləyirik.Elə aylar olur ki, icarə haqlarını sürücü işləməklə çıxarırıq”.

Tikinti materilları şöbəsində çalışan, adının çəkilməsini istəməyən şəxs icarə haqlarının da baha olduğunu dedi: “ Bazar, əvvəlki bazar deyil artıq. 4 kvadratmetrlik yerə 250-300 manat pul verirəm. İndiki durum üçün icarə haqları çox bahadır. Bu gün cəmi 3 manatlıq alverim olub. Təsəvvür edin, belə vəziyyət bir neçə gün davam etsə, halımız necə olacaq? İcarə haqqını verə bilməyənlər isə mağazanı boşaltmağa məcburdur. Heç bir güzəşt edilmir. Bazarın əvvəlki kimi müştəriləri yoxdur, bu səbəbdən gərək icarə haqlarında da endirim olsun. Lakin hələ bazar rəhbərliyi bu barədə bir söz deməyib”.

Ticarət mərkəlzində yerlərin əksəriyyətinin icarəyə təklif olunduğunu da müşahidə etdik. Satıcıların sözlərinə görə, bu təkcə, bazardakı durğunluqla yox, həm də icarə haqlarının yüksəl olması ilə əlaqədardır. Belə ki, bazarın girişində yerləşən obyektlərin aylıq icarəsi daha bahadır. İnsanların gediş-gəlişinin çox olduğu yerdə qiymətlər 1200-1500 manatdır.
Bazarın qarşısında dayanan yük və taksi sürücülərindən də hər giriş üçün 50 qəpik tələb olunur. Sürücülər, heç bir qaimə almadan, hər dəfə 50 qəpik ödəməyə məcbur olur. Yəni, pul rəsmi qaydada ödənilmir, qeyri-leqal şəkildə yığılır.

Ticarət mərkəzinin ətrafında avtomobillərin sıxlığı müşahidə olunur. Obyektin magistral yolun üzərində yerləşməsi nəqliyyatın hərəkətinə mane olur. Bu səbəbdən bazarın qarşısında vaxtaşırı uzunmüddətli tıxaclar yaranır.
musavat.com