BolgeXeber.Com » Xəbərlər » Zaur Hüseynovdan Prezidentə şikayət: - Rəis QSC-nin balansındakı torpaqları satır

Zaur Hüseynovdan Prezidentə şikayət: - Rəis QSC-nin balansındakı torpaqları satır

25-05-2016, 19:15
Oxunub: 2 874 Zaur Hüseynovdan Prezidentə şikayət: - Rəis QSC-nin balansındakı torpaqları satırZ. Hüseynovun rəhbərliyi altında bu gün "Bakı Metropoliteni”ndə hər gün rastlaşdığımız nöqsanları saymaqla bitməz

Paytaxt sakinlərinin əksəriyyəti cibində danışdığı metro kartının - "BakıKart”ın arxasında yazılan bu sözlərə güman ki, diqqət yetirməyib. Amma "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Tağı Əhmədovu əvəzləyən Zaur Hüseynovun sifarişi ilə hazırlanan bu kartların hər birinin arxasında Azərbaycan dili kobud şəkildə pozulur. İndiyə qədər bu məsələ bir neçə dəfə mətbuatın gündəminə gəlsə də, Z.Hüseynov məsələdən dərs çıxarmadı. Görünür, metro rəisinin Azərbaycan dilinə hörməti bu qədərdir... Amma onun ümumiyyətlə işinə hörmətinin nə qədər olduğu suallar doğurur. Misal üçün, Metropoliten bu günlərdə yay vaxtına keçdiyini açıqladı. Yəni həmişə guya 2 dəqiqə intervalla işləyən qatarlar, bundan sonra 4 dəqiqə ilə işləyəcək. Halbuki, indiyə qədər 2 dəqiqə intervalın 4-5 dəqiqə olduğunu bilirdik. Hər gün metrodan istifadə edən sərnişinlər bizimlə razılaşar ki, yay vaxtına keçən qatarlar indi 6-8 dəqiqə, bəzən isə 10 dəqiqə intervalla işləyir. "İçərişəhər” metrostansiyasından Həzi Aslanova gedən qatarlar isə axşam saat 23:00-dan sonra 20-25 dəqiqə intervalla gəlir. Z. Hüseynovun rəhbərliyi altında bu gün "Bakı Metropoliteni”ndə hər gün rastlaşdığımız nöqsanları saymaqla bitməz. İstər eskalatorların işləməməsi, istər havalandırma sisteminin nasazlığı, istər sərnişinlərə normal xidmət.... daha nələr-nələr. Metronun bu günki vəziyyətə düşməsinə səbəbin nə olduğu haqda suallar isə cavabsız olaraq qalır. Bir çoxları bunu Z. Hüseynovun təcrübəsizliyi ilə əlaqələndirirlər və onları tamamilə haqsız hesab etmək olmaz. Çünki ömrü boyu bir dəfə metroda işləməyən insan "yer altı dünyanın” sirrlərini necə bilər? Ortaya çıxan bir çox problemin əsas səbəbi rəisin naşılı olmasından qaynaqlandığı faktdır. Lakin Miq.az-ın əldə etdiyi məlumatlar, Z. Hüseynovun "yer altı dünyanın” əsl "sirlərinə” yiyələndiyini deməyə əsas verir. Əslində metronun düşdüyü vəziyyətin arxasında bu səbəb də dayanır. Görünür, Z.Hüseynov rəhbərlik etdiyi qurumda daha çox qazanmağın yollarını axtarmaqdan işə sərf etməyə vaxtı qalmır. Ötən yazımızda Z. Hüseynovun "Bakı Metropoliteni”ndə yaratdığı maxinasiya sistemi haqda məlumat vermişdik. Xatırladaq ki, bura ticarət obyektlərindən alınan yüksək haqdan tutmuş, dövlət büdcəsindən ayrılan subsidiyaların necə yoxa çıxmasına qədər üsullar daxildir. Bir nüçə gün öncə paytaxt sakini Elşən Səmədovun mətbuatda yayılan şikayəti Z. Hüseynovun necə işlədiyini və Bakı metrosunun niyə bu vəziyyətə düşdüyünü açıq şəkildə ortaya çıxartdı. Şikayətdə deyilir: "Binəqədi rayonu 7-ci mkr. 3126-cı məhəllədə Dərnəgül deposunun inşaat ərazisində yerləşən magistral su kəmərlərinin kollektor vasitəsilə ərazidən kənarlaşdırılaraq mövcud xətlərə birləşdirilməsi üçün dəhlizin açılması məqsədilə 3 fərdi yaşayış evinə 461 min manat dövlət vəsaiti ödəməklə dövlət ehtiyacları üçün alınaraq sökülüb və su xətləri həmin ərazidən aparılaraq mövcud xətlərə birləşdirilib. İndi bu ərazi magistral su kəmərlərinin sanitar-mühafizə zonasına aiddir. Lakin buna baxmayaraq, hər ilin aprel ayında kimlərsə bu əraziləri zəbt edərək, qanunsuz tikintilər aparmaq istəyir. Təkcə keçən il iki dəfə belə hal baş veribdir. Vaxtında aidiyyatı qurumlara ünvanladığım müraciətlər sayəsində çətinliklə qanunsuz tikintinin qarşısı alındı, ərazi yüngül konstruksiyayla hasarlanaraq təhlükəsizliyi təmin edildi. Bugünlərdə yenidən həmin ərəzinin yüngül konustruksiyalı hasarı Bakı Metropoliteni QSC-nin tikinti biriqadası tərəfindən uçurdularaq ərazinin hasarlanma işlərinə başlanılıbdır. Məsələ orasındadır ki, bu ərazi magistral su kəmərlərinin sanitar-mühafizə zonası və su xətlərinin düz üstü olduğu üçün burada hər hansı ağır tikinti materiallardan istifadə edərək hasarlama işləri aparmaq çox təhlükəlidir. 5 ildir ki, bu məsələylə bağlı mübarızə aparıram, artıq yorulmuşam. Bu qədər qanunsuzluq olmaz. Azərsu ASC tərəfidən dövlət büdcəsindən vəsait xərclənərək xətlərin təhlükəsizliyi üçün ərazi hasarlanır və 11 aydan sonra həmin hasarlar metropoliten tərəfindən dağıdılır. Buna nə ad vermək olar? Bu su xətlərinin həcimi çox böyükdür. Qaza baş vermiş olsa onun qabağını almaq mümkün olmayacaq. Axı bu torpaqlar nəyinizə lazımdır? Nəyə görə bizə rahat yaşamağa imkan vermirsiniz? Onsuz da su xətlərinin köçürülməsi zamanı qanunsuz olaraq layihədən kənara çıxmaqla su xətlərinin istiqamətlərini dəyişərək evlərimizi təhlükə altına salmısınız. İndi niyyətiniz nədir? Evlərimizi su altına salmaq istəyirsiniz?”. Paytaxt sakini problemlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Baş nazirin müavini Abid Şərifova müraciət edərək, "Bizi bu zülümdən xilas etmələrini xahiş edirəm, ancaq Siz Bakı Metropolitenini durdura bilərsiniz” deyə bildirir. Yayılan və qeri-rəsmi məlumatlara görə, "Bakı Metropoliteni”nin rəisi Zaur Hüseynov bu ərazilərdəki torpaqları şəxsi mülki kimi satır. Bu faktın nə qədər doğru olduğunu deyə bilməsək də, adıçəkilən paytaxt sakininin şikayətindən sonra sosial şəbəkələrdə bununla bağlı çoxsaylı müraciətlər yayıldı. Həmin ərazidə yaşayan insanların əksəriyyəti oradakı torpaqların satıldığını deyir. "Etiraz edəndə bizə deyirlər ki, bura metronun ərazisidir, rəis tapşırıq verib. Gedin şikayətinizi ona edin. Rəis nə göstəriş verirsə, biz də onu edirik”. Sosial şəbəkə istifadəçilərindən biri belə yazıb. Hətta məlumatlar var ki, "Bakı Metropoliteni” idarəsinin balansındakı torpaqlar yerinə görə, sotu 3-5 min AZN arasında satışa çıxarılıb. Satış işini isə Z. Hüseynovun rəis təyin olunandan sonra Metropolten idarəsində işə götürdüyü yaxın qohumlarından biri aparır. Mövzunu davam etdirəcəyik. Bizi izləyin! Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!