BolgeXeber.Com » Xəbərlər » Daha bir dərslik biabırçılığı-FOTO

Daha bir dərslik biabırçılığı-FOTO

27-05-2016, 10:19
Oxunub: 2 456 Daha bir dərslik biabırçılığı-FOTONayma Qəhrəmanovanın müəllifi olduğu 1-ci siniflər üçün «Riyaziyyat-qiymətləndirmə» kitabında ciddi səhvlər üzə çıxıb

Ötən günlərdə Azərbaycanda keçirilmiş ali məktəblərə qəbul imtahanlarının bir qism ixtisaslar üzrə nəticələri açıqlanıb. Və məlum olub ki, imtahan verənlərin 75 faizə qədəri 0-199 bal toplaya bilib. Yəni, orta məktəb məzunlarının 2/3-i birmənalı olaraq yetərli qədər savad ala bilməyiblər.
JAM.AZ xəbər verir ki, belə bibarıçı nəticənin ortaya çıxmasının səbəblərini çox da uzaqda axtarmaq yersizdir. Bunun üçün mövcud tədris mexanizmlərinə və dərsliklərə baxmaq üçün kifayətdir. Belə ki, hal hazırda orta məktəblərdə tədrisin səviyyəsi ürəkağrıdacaq dərəcədə aşağı olmaqla yanaşı, həm də gənc nəslin savadsızlığa yuvarladığını ortaya qoyur.
Qeyd edək ki, dərsliklərin vəziyyəti isə daha bərbaddır. Hələ bir müddət əvvəl bununla bağlı apardığımız araşdırma nəticəsində ortaya çıxmış faktlar da təsdiqləyirdi ki, Təhsil Nazirliyi dərsliklərin hazırlanmasına ümumiyyətlə, diqqət yetirmir. Məsələn, rus bölməsi üçün çap edilmiş biologiya kitabında tut ağacının «derji derevo» kimi yazılması bunun əyani sübutlarında biri sayılır. Və ya, aşağı siniflər üçün nəzərdə tutulmuş ana dilində təhqiramiz ifadələrlə zəngin olan hekayələrin yer alması da neqativliklərdən biriydi.
Növbəti biabırçılıq 1-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş «Riyaziyyat-qiymətləndirmə» dərsliyində də diqqəti çəkib. Belə ki, kitabın müəllifi Nyama Qəhrəmanova elə ciddi səhvlərə yol verib ki, buna ad qoymaq belə mümkün deyil. Məsələn, dərslikdə «4-ün iki qatından bir-bir 2 addım geri sayanda neçə qalır» sualının cavabı məntiqi və riyazi olaraq 6 edir ki, cavablar sırasında da belə bir rəqəm yoxdur.
Dərslikdə bundan başqa digər neqativliklər və yanlışlıqlar var ki, onların da təftiş edilməsindən sonra oxuculara geniş məlumat veriləcək.
Durumun belə bir şəkil alması sözün həqiqi mənasında biabırçılıq sayılmalıdır. Artıq məsələ ilə bağlı sosial şəbəkələrdə geniş müzakirələr də başlayıb. Tanınmış xadimlər isə Təhsil Nazirliyinin dərsliklərə bu qədər səriştəsiz, dırnaqarası yanaşmasını sərt şəkildə tənqid edirlər. Ölkənin sayğın-seçkin jurnalistlərindən olan Zamin Hacı isə Nayma Qəhrəmanovaya xitabən maraqlı bir fikir yazıb: «Müəllifi tanıyan varsa deyin ki, gedib xəngəl bişirsin. Uşaqlarımızı riyaziyyatdan iyrəndirməsin».
Qarşı tərəfi də dinləməyə hazırıq.
Daha bir dərslik biabırçılığı-FOTO