Bakıda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsinin üstü açılıb
31-05-2016, 21:25
Oxunub: 2 993
P.Tağıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib
Paytaxtın polis və prokurorluq orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsinin üstü açılıb.
Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsindən Bolgexeber.com-a verilən birgə məlumatda qeyd olunur ki, mayın 25-də, saat 02 radələrində Xəzər rayonu ərazisində Buzona-Maştağa magistral şossesinin kənarında, təxminən 30-35 yaşlarında, üzərində xəsarətlər olan naməlum kişi meyiti aşkar olunub.Hadisə yerinə və meyitə keçirilmiş baxış zamanı xəsarətlərin mənşə mexanizminə və hadisə yerinin ümumi şəraitinə görə naməlum kişinin yol nəqliyyat hadisəsi zamanı ölməsi ehtimalı yaranıb.
Faktla bağlı həmin tarixdə Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin 1977-ci il təvəllüdlü, Xəzər rayon sakini Əzimov Ruslan Ramiz oğlu olması, həmçinin hadisənin 1989-cu il təvəllüdlü, Sabunçu rayon sakini Tağıyev Pərvin Əşrəf oğlu tərəfindən idarə etdiyi “Mersedes M” markalı, 10-OC-440 dövlət qeydiyyat nişanlı avtomaşınla törədilməsi müəyyən edilib.
P.Tağıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, mayın 27-də saat 20:30 radələrində Buzovna-Maştağa yolunun Albalılıq yaşayış sahəsindən keçən hissəsində naməlum sürücü idarə etdiyi avtomaşınla piyada - 1951-ci il təvəllüdlü, Xəzər rayon sakini Xəlilov Rasim Sayad oğlunu vuraraq hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə həmin tarixdə Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb.
Keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin 1966-cı il təvəllüdlü, Sabunçu rayon sakini Əliyev Mirzə-Ağa Yaşar oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. M.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda hər iki cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər