BolgeXeber.Com » Xəbərlər » “Access Bank” ölünü həbslə hədələyir - FOTO

“Access Bank” ölünü həbslə hədələyir - FOTO

1-06-2016, 18:03
Oxunub: 3 831 “Access Bank” ölünü həbslə hədələyir - FOTO"Yəhudi bankirləri Azərbaycanda 10 minlərlə insanın evini əlindən alıblar, halbuki o evləri bizə yəhudilər verməmişdi, ruslar vermişdi"

Cəlilabadın Qarazəncir kənd sakini “Access Bank”dan şikayətçidir. Bayramov Camalxan İsa oğlu TİA.AZ-a ünvanladığı məktubda qeyd edib ki, bank yeznəsi Əhmədov Fikrət Zahidxan oğluna 7000 manat kredit verib.

Onun sözlərinə görə, Almaniya yəhudisi Hoffmanna məxsus “Access Bank” Qeyri-Bank kredit təşkilatıdır.
C.Bayramov bildirib ki, 5 ay ödədikdən sonra F. Əhmədov yol qəzasına düşərək vəfat edib: “Vəfat etdikdən sonra yas mərasimində yığılan puldan kreditin 3 ayı da ödənib. İndi yadelli işğalçı Hoffmanın bankının “işgüzar” işçiləri yaxamızdan yapışıb, qalan pulu tələb edirlər. Bizə hədə-qorxu gəlirlər, zəng edib təzyiq edirlər, tələb edirlər ki, evimizi satıb o pulu ödəyək.
Yəhudi bankirləri Azərbaycanda 10 minlərlə insanın evini əlindən alıblar, halbuki o evləri bizə yəhudilər verməmişdi, ruslar vermişdi. Dəfələrlə dövlət orqanlarına bu barədə şikayətlər yazmışıq, baxan yoxdur”.
Şikayətçi deyib ki, özü 1-ci qrup əlildir: “Qoca kişiyəm, ailə şəraitimiz olduqca ağırdır. Bankın işçiləri gəlib qızımdan hər gün tələb edirlər ki, evinizi satmalı da olsa, bizim pulumuzu verin. Belə ağçılıq olarmı? Ölüdən pul tələb etmək ancaq Azərbaycanda ola bilər, başqa ölkələrdə yox.
“Access Bank” QSC-nin Cəlilabad filialının ağıllı müdiri Nuraləm Səfərov 16 sentyabr 2014-cü il tarixdə vəfat etmiş yeznəmə 20 may 2016-ci ildə məktub yazıb. Məktubda mübarək adı olan Nuraləm müəllim Fikrətdən tələb edir ki, banka olan borcunu versin. Nuraləm müəllim mərhuma deyir ki, əgər banka olan borcunu gətirib verməsən, hüquq-mühafizə orqanlarına müraciət edib səni tutduracağam”.
Mərhumun zaminlərinə göndərilmiş məktublarda isə deyilir: “Hazırda Əhmədov Fikrət Zayidxan oğlu kredit müqaviləsinin şərtlərini pozmuş və kredit ödəməkdən yayınır”.
Müraciət müəllifi əlavə edir: “Əcaib-qəraib zamanlara gəlib çıxmışıq! Bu rəzaləti durdurun! “Access Bank”ın ölmüş adama göndərdiyi həmin məktubu, eləcə də Fikrət Əhmədovun ölüm kağınızı sizə göndərirəm ki, bankların Azərbaycanda necə bir absurd vəziyyət yaratdığının şahidi olasınız. Yeznəm Fikrətin ailəsi çox kasıb ailədir, 3 körpə nəvələrim yetim qaldı, mən indi hardan pul tapıb banka verməliyəm?
Access Bankın Bakıdakı Baş İdarəsindən deyirlər ki, bizə dəxli yoxdur o ölüb, ya ölməyib, pulu verməlisiniz, lap evinizi satın, gətirib pulu verin. Özü də yeznəm dəfələrlə Access Banka bildirib ki, məni sığorta edin. Lakin Access Bankın bu işdə marağı olmadığından etməyib”.
“Access Bank” ölünü həbslə hədələyir - FOTO