“Sovetski”də məscidin sökülmə işləri dayandırıldı
1-06-2016, 18:05
Oxunub: 4 218
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Mustafa Sübhi küçəsi, 63 ünvanında yerləşən qədim məscidin sökülmə işlərini daytandırıb
Bolgexeber.com bildirir ki,bu barədə virtualaz.org-a nazirliyin Abidələrin mühafizəsi və inkişafı Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib.
“Bu məscidin sökülməsi ilə bağlı məlumatı əldə edən kimi mütəxəssislərimiz hadisə yerinə yollandı və Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları ilə danışıqlardan sonra bu binanın sökülmə işləri dayandırıldı”, - o deyib.
Zakir Sultanovun sözlərinə əsasən, 1908-ci ildə tikilmiş Hacı Əbdülrəhimbəy məscidi səhvən reyestrə yaşayış evi kimi daxil edilib. Bu il Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı üzrə bina məscid kimi tarixi-mədəni əhəmiyyət kəsb edən və mühafizə edilən obyektlər siyahısına daxil edilmişdi.
Xatırladaq ki. bu günlərdə virtualaz.org “Sovetski”də aparılan söküntü işləri ilə bağlı bir neçə yazı dərc edib. Həmçinin sosial şəbəkələrdə şəhərin tarixi simasının qorunub saxlanılması məqsədilə imza toplanması aksiyası keçirilir ki, bunu artıq ölkənin bir sıra ictimai xadimi dəstəkləyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər