Hacıqabulda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu
1-06-2016, 19:15
Oxunub: 3 799
Uşaqlara qayğı Vətənin gələcəyinə qayğıdır
Dünyanın hər yerində hər il iyun ayının 1-i çox əlamətdar bir gün – Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.
Azərbaycanda uşaqlara dövlət qayğısı həmişə güclüdür, bu sahədə dövlətdən asılı olan bütün işlər görülmüşdür. Müstəqilliyimizin ilk günlərində ölkəmizin keçirdiyi iqtisadi çətinliklərə baxmayaraq bu gün respublikamızda dünyaya göz açan bütün uşaqlar xoşbəxtdir. Bu uşaqları xoşbəxt həyat, gözəl gələcək gözləyir.
1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü Hacıqabul yaronunda da təntənə ilə qeyd olundu. Şəhər 9 saylı tam orta məktəbin geniş həyətində düzənlən tədbirdə yüzlərlə uşaq, onların valideynləri, məktəb müəllimləri şənliyə qatılmışdı. Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov çıxış edərək uşaqları bayram münasibəti ilə təbrik etdi. Dövlətimizin uşaqlara olan qayğısından danışdı. Qeyd etdi ki, bugünkü uşaqlar öz milli-mənəvi dəyərlərini yaşadan, zənginləşdirən bir ölkənin vətəndaşları kimi Azərbaycanın daha gözəl gələcəyini yaradacaq və zaman-zaman onu yaşadacaqlar. Bu gün hamımız tam əminik ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti tərəfindən övladlarımız daim qayğı və diqqətlə əhatə olunublar.
Tədbirdə RİH Başçısı il ərzində respublika fənn olimpiadalarında, müsabiqə və idman yarışlarında yer tutan, fərqlənən bir qrup şagirdə qiymətli hədiyyələr təqdim etdi.
Tədbir uşaqların şən əyləncəsi, rəqs və mahnıları, müxtəlif idman oyunları ilə sona çatdı.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər