Goranboyun icra başçısı köçkünlərin torpağını satıb?
3-06-2016, 17:37
Oxunub: 3 013
Goronboy rayonu Xoylu kəndində məskulaşan bir qrup Kəlbəcər köçkünü Başçı Nizaməddin Quliyevidən şikayətçidirlər
Səbəb isə Nizaməddin Quliyevin onların 20 ildir ki, istifadələrində olan yaylaq sahəsini başqa bir imkanlı adama satması olub.
Kəlbəcər köçkünü Arif İbrahimovun sözlərinə görə, 4 ailənin yeganə dolanışıq yeri məhz heyvandarlıqdır: “Hər ailədə 4-5 nəfər yaşayır. Bizim başqa gəlirimiz yoxdur. Dəfələrlə eşitmişik ki, ölkə başçısı kənd təsərrüfatı və heyvandarlığın inkişafı barədə danışır, tapşırıqlar verir. Görünür, icra başçısı Nizaməddin Quliyev bunu sadə insanlara məxsus ərazinin başqalarına satılması kimi başa düşür”.
Köçkünlər deyir ki, 20 ildir istifadələrində olan otlaq sahəsinə gedə bilməsəllər heyvanları Aranda tələf olacaq: “Artıq havalar istiləşdikcə burada heyvanların otlaması mümkünsüzdür. Biz bu qanunsuzluqla bağlı dəfələrlə özünün qəbuluna getsək də bizi qəbul etməkdən imtina etdi. Buna görə də əlacsız qalıb Prezident Administrasiyasının Aqrar Məsələləri Şöbəsinin sədri cənab Azər Əmiraslanovun qəbuluna getdik. Orada isə bizi onun köməkçisi qəbul edərək, bildirdi ki, şikayətiniz araşdırlıcaq. Ancaq 10 gun keçməsinə baxmayaraq, heç bir xəbər yoxdur. Artıq bir neçə günə yaylağa çıxmalıyıq”.(Gununsesi.info)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər