İntiqam Əliyevin ölkədən çıxışına icazə verilib
6-06-2016, 11:37
Oxunub: 3 592
Baş prokuror Zakir Qaralovun Ali Məhkəməyə verdiyi protest əsasında 5 il şərti cəza ilə azadlığa çıxan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin ölkədən çıxışına icazə verilib
Bu barədə Sumqayıt Məhkəməsi qərar qəbul edib. Artıq qərar əsasında hüquq müdafiəçisi Avropa Şurasının 6-7 iyunda təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün Strasburqa yola düşüb.
Məlumatı İ.Əliyevin oğlu Nəcmi Əliyev öz «Facebook» səhifəsində yayıb: "Sumqayıt Məhkəməsinin 2 iyun 2016-cı il tarixli qərarı ilə Intiqam Əliyevin 10 gün müddətinə ölkədən çıxışına icazə verilib. İ.Əliyev Avropa Şurasının təşkilatçılığı ilə 6-7 iyunda keçirilən tədbirdə iştirak etmək üçün bu gün Strasburqa yola düşüb. O, Avropa Şurasına üzv ölkələrdə vətəndaş cəmiyyətinin üzləşdiyi problemlər mövzusunda keçirilən konfransın açılışında çıxış edəcək. Konfransın işində AŞ İnsan Haqları Komissarı, diplomatlar, ekspertlər, üzv ölkələrin hökümət və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcəklər". (musavat.com)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər