Tağı Əhmədovla Qərib Məmmədov AMEA-da narazılıq yaradıb – Alimlər etiraz edir
8-06-2016, 10:21
Oxunub: 2 962
Məlumata görə, AMEA-nın institutlarında görüş keçirən bu cütlük alimlərin hakim partiyaya üzv olmalarının vacibliyini vurğulayıblar
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovla (Metropolitenin sabiq rəisi) onun müavini Qərib Məmmədov (sabiq komitə sadri) AMEA-da çalışanların hamısını hakim partiyanın sıralarına daxil etmək istiqamətində ciddi fəaliyyətə başlayıblar.
Məlumata görə, AMEA-nın institutlarında görüş keçirən bu cütlük alimlərin hakim partiyaya üzv olmalarının vacibliyini vurğulayıblar. Bu zaman onlar institut direktorlarından tələb ediblər ki, işçilərinin YAP-a üzv olmasını təşkil etsinlər.
Məlumatda bildirilir ki, Tağı Əhmədovla Qərib Məmmədov AMEA-da keçirdikləri görüşdə YAP-ın qurulmasında iştirak edən alimlərin sərt sualları ilə də üzləşiblər. YAP-çı alimlər hakim partiyanın qurulduğu çətin günlərdə bu şəxslərin meydanda olmadığını, vəzifə paylanarkən öndə olduqlarını vurğulayıblar. YAP-çıların sərt sualları qarşısında isə Tağı Əhmədovla Qərib Məmmədov susmalı olublar.
YAP-a üzvülük məsələsinə gəlincə, AMEA-da çalışanlar bildiriblər ki, bəzi əzmzkdaşların aylıq maaşı 200 manatdır vəbu onların dolanışığı üçün çatmır. Hər ay bu maaşlarından 2 manat da hakim partiya üçün kəsilməsinə razı deyillər. Bu səbəbdən də onlar YAP rayon təşkilatının rəhbər şəxslərindən narazılıqlarını ifadə ediblər.Reyting.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər