Varşavada ekstradisiya və hüquqi yardım sahəsində əməkdaşlıq müzakirə edilib
8-06-2016, 17:18
Oxunub: 3 442
Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı olan TAIEX alətinin 20 illiyi ilə əlaqədar Varşavada Polşanın Ədliyyə və Xarici İşlər nazirliklərinin təşkilatçılığı ilə “Cinayət işləri üzrə məhkəmə əməkdaşlığı” mövzusunda beynəlxalq seminar keçirilib
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, Avropa İttifaqının üzv ölkələrinin, EUROJUST təşkilatının və Cənub-Şərgi Avropa dövlətlərinin yüksək vəzifəli şəxslərin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasını baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Sahib İsmayılov və Beynəlxalq əlaqələr idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsini icra edən Anar Məmmədov təmsil ediblər.
Polşanın ədliyyə nazirinin müavini Marsin Vorxotun rəhbərliyi ilə keçirilən tədbirdə Avropa İttifaqı ölkələrinin nümayəndələri tərəfindən “Avropa həbs orderi” (European Arrest Warrant) barədə geniş məlumat verilmiş, prosedur məsələləri, konkret cinayət işləri üzrə şəxslərin verilmə mexanizmi, hüquqi yardım göstərilməsi prosesi zamanı ölkələrin məhkəmə orqanları arasında qarşılıqlı tanınma və bir-birinə etibarlıq prinsipləri qeyd edilib.
Tədbir zamanı ölkəmizin nümayəndə heyəti ilə iştirakçı ölkələrin nümayəndə heyətləri arasında ekstradisiya və hüquqi yardım sahəsində mövcud vəziyyət və qarşıda duran perspektivlər müzakirə edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər