Cəlilabadda Milli Qurtuluş günü ilə əlaqədar ümumrayon tədbiri keçirildi
14-06-2016, 18:46
Oxunub: 2 913
İyunun 14-də Cəlilabad rayonunda Milli Qurtuluş günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri qoydular.Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.Tədbiri giriş sözü ilə Cəlilabad RİH başçısı Əziz Əzizov açaraq bayram təbriklərini iştirakçılara çatdırdı.Əziz Əzizov çıxışında 15 iyun Milli Qurtuluş gününün Azərbaycanın və hər bir Azərbaycan vətəndaşının taleyində, yaddaşında həkk olunan tarixi günlərdən biri olduğunu qeyd etdi. 15 iyun Milli Qurtuluş gününün respublikamızda təntənə ilə qeyd olunmasının təsadüfi olmadığını vurğulayaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtması Azərbaycanın dövlət müstəqilliyinin itirilməsinin qarşısını aldı, ölkəmizi vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Aparılan islahatlar nəticəsində respublika sürətli inkişaf yoluna qədəm qoydu. Xalqın maddi və mənəvi həyat səviyyəsi gündən-günə yaxşılaşdı. Respublikamız dünya birliyində layiqli yerlərdən birini tutdu, onun beynəlxalq nüfuzu artdı, bir sözlə, müstəqilliyimiz dönməz və əbədi oldu.Natiq 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin gərgin səyi ilə daxili və xarici siyasətdə qazanılan uğurlardan, iqtisadiyyatımızın dirçəldilməsindən, bütün sahələrdə aparılan uğurlu islahatlardan danışdı. Məruzəçi sonra Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətindən bəhs etdi, regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramlarının uğurla icra edilməsindən, dövlət başçımızın Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı son sərəncamların əhəmiyyətindən söz açdı, o cümlədən Cəlilabad rayonunun gündən-günə çiçəklənməsindən, hazırda rayonumuzda aparılan genişmiqyaslı yenidənqurma, tikinti və abadlıq işlərindən danışdı.Tədbirdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı kollektivinin ifasında Əməkdar Mədəniyyət İşçisi, şair-dramaturq İftixar Piriyevin ssenarisi əsasında “Qurtuluş” adlı Ulu Öndər Heydər Əliyevin mənalı həyatına,siyasi fəaliyyətinə,azərbaycancılıq və dövlətçilik məfkurəsinə həsr olunmuş tamaşa göstərilmişdir.Tamaşa böyük maraqla izlənmişdir.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər