BolgeXeber.Com » Xəbərlər » Füzulidə səhiyyə işçilərinin peşə bayramı qeyd olundu-FOTO

Füzulidə səhiyyə işçilərinin peşə bayramı qeyd olundu-FOTO

17-06-2016, 15:39
Oxunub: 2 916 Füzulidə səhiyyə işçilərinin peşə bayramı qeyd olundu-FOTOHoradiz şəhərində Heydər Əliyev Mərkəzində 17 iyun səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir

Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və səhiyyə işçiləri Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramını bildirmişlər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, 17 iyun səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə rayonun səhiyyə işçilərini təbrik etmişdir. Alı Alıyev qeyd edib ki, bu bayramı səhiyyə işçilərinə Ulu öndər Heydər Əliyev 2001-ci ildə imzaladığı sərəncamla bəxş edib. Səhiyyə işçilərinin bayramı Azərbaycan Xalq Cümhuriyyəti zamanı 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyinin yarandığı günə təsadüf etdiyinə görə bu gün peşə bayramı kimi qeyd olunur.
Prezident cənab İlham Əliyevin əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması, insanların sağlam həyat sürməsi, sağlam yaşaması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını bildirən Alı Alıyev rayonda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təmin edilməsi, həkim-xəstə münasibətlərində şəfaflığın, ən əsası insana qayğının təmin olunması ilə bağlı tapşırıqlar vermişdir.
Alı Alıyev bilıdirmişdir ki, respublikanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda da müasir standartlara cavab verən Tibb Mərkəzi tikilmiş, müasir avadanlıqlar alınmış, burada əhaliyə bütün növ üzrə xidmətin pulsuz təşkili üçün şərait yaradılmışdır.
Tədbirdə Füzuli MRX-nın baş həkimi Natiq Şükürov və digərləri çıxış edərək respublikamızda həyata keçirilən səhiyyə-tibb islahatlarından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğısından danışmış, rayonda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs etmişlər.
Bolgexeber.com
Füzulidə səhiyyə işçilərinin peşə bayramı qeyd olundu-FOTO
Füzulidə səhiyyə işçilərinin peşə bayramı qeyd olundu-FOTO
Füzulidə səhiyyə işçilərinin peşə bayramı qeyd olundu-FOTO
Füzulidə səhiyyə işçilərinin peşə bayramı qeyd olundu-FOTO