"İlhamə Quliyevanın qızıllarını Əli Mirəliyevə vermişəm"
17-06-2016, 18:38
Oxunub: 2 419
Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Fatma Əliyeva mərhum sənətkarın evindən evindən oğurluq edilməsi xəbərinə münasibət bildirib
Bolgexeber.com-un məlumatına görə, lent.az-a açıqlama verən F.Əliyeva bildirib ki, İ.Quliyevanın qızıllarını və evin açarlarını Ə.Mirəliyevə və onun qızı Samirəyə verib:
"İlhamə xanım can verən anda yanında tək mən olmuşam. Elə ölən gün evin açarlarını və qır-qızılları yığıb, Əli Mirəliyevə və onun qızı Samirəyə təhvil vermişəm. Orxan da onların yanında olub. Niyə mən orda olanda demirdilər ki, evdən oğurluq edilib? Mənim fikrimcə İlhamə xanımın evindən heç bir şey oğurlanmayıb. İlhamə xanım öləndən 9 gün sonra hökumət o evi möhürləyib. Mən İlhamə xanımın evini tərk edən gün isə Orxanın həyat yoldaşı və anası mənim çantamı yoxlayıblar. Evdən gedəndə də Orxandan soruşdum ki, hər şey yerindədir? Dedi ki, “hə”. Mən o evdən tər-təmiz çıxmışam. Mən İlhamə xanımın 40 mərasiminə də getmədim. Ona görə getmədim ki, üstümə şər atarlar”.
Qeyd edək ki, İ.Quliyevanın bacısı Gülbahar Quliyeva açıqlama verərək bildirmişdi ki, xalq artistinin evində oğurluq olub:
“İlhamə Quliyeva dünyasını dəyişəndən sonra evdən bir çox əşyalar itdi. Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna müraciət etdim. Amma hələ bir cavab yoxdur. Evdən bir çox şeylər yoxa çıxıb. Nələrin itdiyini isə bir-bir açıqlamaq istəmirəm. Söhbət onun mirasından getmir. Biz gözləməmişik ki, İlhamə xanım ölsün, malı-mülki bizə qalsın. Amma bu oğurluğun, pisliyin üstü açılmalıdır”.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm