BolgeXeber.Com » Xəbərlər » Səlim Müslümovun işçiləri şəhid anasını məhkəməyə verdi

Səlim Müslümovun işçiləri şəhid anasını məhkəməyə verdi

30-06-2016, 13:20
Oxunub: 2 473 Səlim Müslümovun işçiləri şəhid anasını məhkəməyə verdiHərbi komissarlıq şəhid statusu barədə arayış vermədiyinə görə həmin pulların qeyri- qanuni alındığı bildirilir

Şər, böhtan deyib, şəhid anasının üzünə dirənənlər Şəhid anası Əsli Muradova haqqında elektron KİV-lərdə yayılan informasiyalar kifayət qədər ağrılı, üzücü həmdə təəssüf və ikrah hissi ilə müşahidə olunub. Bir balaca vicdan lazımıydı ki, ağbirçək, ahıl, ən əsası da Azərbaycan ordusuna oğul qurban verən bir anaya qarşı belə rəftar olmayaydı, gərək. Bu məmləkətdə amma bu da oldu. Şər, böhtan deyib, üzünə dirəndilər. 11350 manat pul aldığını, geriyə qaytarmaq istəmədiyindən yalan danışdığını dedilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sonradan məsələyə belə aydınlıq gətirildi ki, məsələ araşdırılıb, Kapitalbankın bankomatları açılıb, Əsli Muradovaya məxsus şəhid təqaüdü kartından pul çıxaranların təsvirləri əldə olunub. Artıq pulların alınmasıyla şəhid anasının hər hansı bir əlaqəsi yoxdur. Əsli Muradova açıqlamadan " allaha şükür” deyib rahat olmuşkən, ünvanına Bərdə rayon məhkəməsindən bildiriş göndərilib. Bərdə ƏSMM-nin direktoru cənab Raquf Məmtiyevin imzasıyla şəhid anası Əsli Muradovaya qarşı mülki iddia qaldırılıb. Guya 2008-ci ildən 2014-cü ilədək Əsli Muradova Bərdə ƏSMM-dən 9820 manat şəhid təqaüdü alıb. Hərbi komissarlıq şəhid statusu barədə arayış vermədiyinə görə həmin pulların qeyri- qanuni alındığı bildirilir. Məhkəmədən xahiş olunur ki, pulların dövlət büdcəsinə qaytarılması barədə qətnamə çıxarılsın. Bu barədə artıq Bərdə rayon məhkəməsi hərəkətə keçib. Məsələ hakim Əhməd Sarıyevin icraatına verilib. Tərəflərə 01.07.2016-cı il tarixində keçiriləcək məhkəmə iclasında iştirak etmək üçün bildiriş verilib. Əsli Muradova qaldırılan iddianı ona qarşı yönələn ədalətsizlik, şərəf və ləyaqətinə təhdid kimi qiymətləndirir. Əslində məhkəmə qarşısına onun deyil, adından istifadə edən şəxslərin çıxarılmalı olduğunu deyir. Səhhətində problemləri olan Əsli Muradova məhkəməyə belə bir uydurma iddiayla çağrıldığından daha da artıq mənəvi-psixoloji cəhətdən sarsıntı keçirib. Yüksək təzyiq altına düşdüyündən hakim Əhməd Sarıyevə teleqram ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş edib.
Miq.az