Jurnalist Fikrət Fərəməzoğlu 12 ilə qədər azadlıqdan məhrum edilə bilər
4-07-2016, 16:42
Oxunub: 3 492
Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğluna barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verir
Lent.az-a bu barədə vəkil Nemət Kərimli məlumat verib. O, bildirib ki, artıq Nərimanov rayon Məhkəməsinin qərarını alıb: “Qərarı götürmüşük. Rəsmi olaraq 3 maddə ilə cinayət işi açıblar. Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürüblər. Sabah bununla bağlı apellyasiya şikayəti verəcəyik”.
Vəkil onu da qeyd edib ki, Fikrət Fərəməzoğluna istintaqa məlum olmayan bir qrup şəxslə əlbir olma ilə bağlı ittiham verilib: “Anlamaq mümkün deyil ki, necə istintaqa məlum deyil bu şəxslər ki, onlar əlbir olublar. Bununla da bağlı istintaq orqanına şikayət etmişik".
Qeyd edək ki, F.Fərəməzoğluna verilən ittihamlar sübuta yetirilərsə, jurnalist 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər