BolgeXeber.Com » Xəbərlər » Sabiq prezidentin zirehli maşını oğurlandı

Sabiq prezidentin zirehli maşını oğurlandı

7-07-2016, 10:20
Oxunub: 4 841 Sabiq prezidentin zirehli maşını oğurlandıSaakaşviliyə kriminal avtoritet meydan oxuyub

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin "Toyota Land Cruiser" avtomobili paytaxt Kiyev şəhərində naməlum şəxslər tərəfindən qaçırılıb. ANS PRESS-in "Strana" elektron nəşrinə istinadən verdiyi məlumata görə, Baş Prokurorluq faktın doğru olduğunu təsdiqləyib.
Saakaşvilinin zirehli maşınının qiyməti 375 min manatdan artıqdır.

Nəşrin məlumatına görə, avtomobilin dəyəri təxminən altı milyon qrivnadır (375 063 AZN). Onun kriminal avtoritet Serqo Qlontinin əlaltıları tərəfindən qaçırıldığı söylənilib. Qlontinin halhazırda müvəqqəti saxlama kamerasında həbsdədir.

Mənbənin iddiasına görə, avtomobil sahibinə əvvəllər Ukraynada saxlanılan şəxsin Macarıstana ekstradisiya edilməyəcəyi, həbsdən buraxılacağı təqdirdə qaytarılacaq.

Saakaşvili adətən ictimai tədbirlərə daha ucuz avtomobildən istifadə edir. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ötən il mayın sonunda Odessa vilayətinə rəhbər təyin edilib.