BolgeXeber.Com » Xəbərlər » Atasının qatilini məhkəmə zalında güllələyən adam və ya sadəcə Rövşən Lənkəranski — VORUN HƏYATI

Atasının qatilini məhkəmə zalında güllələyən adam və ya sadəcə Rövşən Lənkəranski — VORUN HƏYATI

18-08-2016, 14:26
Oxunub: 11 294 Atasının qatilini məhkəmə zalında güllələyən adam və ya sadəcə Rövşən Lənkəranski — VORUN HƏYATIXəbər verdiyimiz kimi, məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin bu gecə Türkiyənin İstanbul şəhərində qətlə yetirilib

«Vor» aləmi haqda anlayışı olmayanlar üçün isə maraqlıdır: Görəsən Rövşən Lənkəranski kim idi?

AZXEBER.COM Rövşənin avtobioqrafiyasını təqdim edir:

Caniyev Rövşən Rafiq oğlu (Rövşən Lənkəranski). 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəlidir. Lənkəran şəhəri, T.İsmayılov küçəsi 26-da qeydiyyatdadır. Astara Rayon Xalq Məhkəməsinin 15.10.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsi, 97-ci maddəsi il 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Səbail Rayon Məhkəməsinin 04.03.1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Bu dəfə 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 15, 94-cü maddəsi (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Rövşən Caniyev cinayət məsuliyyətindən azad edilib.

2002-ci ildə isə Rövşən Caniyev barəsində olan həmin cinayət işi təzələnib. Lakin Lənkəranski istintaqdan qaçıb gizləndiyinə görə onun barəsində 01.07.2002-ci il tarixdə axtarış elan olunub.
2009-cu il dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub.

2010-cu ildə dövlət ittihamçısı R.Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib və o, azadlığa çıxıb.

Yeri gəlmişkən, Rövşən Canıyev gənc yaşlarında atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib və digər işlərlə yanaşı, məhkəmə qarşısına buna görə də çıxarılıb.

Rusiyada yaşayan Rövşən Lənkəranskinin «Ded Xasan»ın qətlindən sonra Birləşmiş Ərəb Əmirliyinə — Dubaya getdiyi deyilirdi. Amma son illər onun Türkiyənin İstanbul şəhərində yaşadığı bəlli olmuşdu. Onun avtomobilinin nömrəsi 90-ND-011 idi.


Musavat.com-a daxil olan məlumata görə, güllələnən şəxs məşhur avtoritet Rövşən Lənkəranskidir. Onun soyadının Əliyev göstərilməsinə gəlincə, bildirilir ki, ata soyadı Canıyev olan Rövşən bir müddət öncə ana soyadını götürüb.

Xəbəri Rövşən Lənkəranskinin qohumu, Milli Məclsiin deputatı Fəzail Ağamalı da təsdiqləyib. O, Rövşən Canıyevin qətlə yetirilməsi barədə xəbərin doğru olduğunu bildirib və deyib ki, R.Lənkəranski dəfn edilmək üçün Azərbaycana gətirləcək.

Ancaq sonradan onun sağ olduğu, ağır vəziyyətdə klinikada saxlandığı barədə xəbərlər gəlib.

Məlum olduğu kimi, Fəzail Ağamalının qardaşı qızı, Rövşən Lənkəraniskinin qardaşının həyat yoldaşıdır.

***

Rövşən Lənkəranski 27 yanvar 1975-ci ildə Lənkəran şəhərində milis ailəsində anadan olub. Azərbaycan vətəndaşı, orta təhsilli, ailəlidir.

İlk dəfə 1996-ci ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Səbail rayon məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə R.Caniyev cinayət məsuliyyətindən azad edilib.

Rövşən Caniyev oğru aləmində "Rövşən Lənkəranski" kimi tanınır. 2002-ci ildə Rövşən barəsində cinayət işi təzələnir. Lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 1 iyul 2002-ci ildə axtarış elan olunub.

2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. Dövlət ittihamçısı R.Caniyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.

Son vaxtlar o, gah Türkiyədə, gah da Ukraynada yaşayır, biznes fəaliyyəti ilə məşğul olur.

Bu yaxınlarda kriminal avtoritetlərin Ermənistanda keçiirlən toplantısında R.Lənkəranski haqqında ölüm hökmü çıxarılıb.