BolgeXeber.Com » Xəbərlər » Süleyman Mikayılov prezidenti saymır? – Qaradağ RİH-dəki məşhur rüşvət qalmaqalına hüquqşünas rəyi...

Süleyman Mikayılov prezidenti saymır? – Qaradağ RİH-dəki məşhur rüşvət qalmaqalına hüquqşünas rəyi...

30-08-2016, 09:28
Oxunub: 5 016 Süleyman Mikayılov prezidenti saymır? – Qaradağ RİH-dəki məşhur rüşvət qalmaqalına hüquqşünas rəyi...Azərbaycanda rüşvət həmişə olub bu gün də var

Hazırkı idarəçilik bütövlükdə korrupsiya və rüşvət sistemi üzərində qurulub”.

Bu sözləri Savash. org-a Qaradağ Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rasim Hüseynovun Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlil İsmayılov Natiq İsmayıl oğlundan küllü miqdarda rüşvət tələb etməsinə münasibət bildirərkən hüquqşunas Qurban Məmmədov söyləyib.

Müsahibimizin sözlərinə görə, nəinki Qaradağ rayonunda, əksər yerlərdə rüşvətsiz tikinti həyata keçirmək mümkünsüzə çevrilib: "Mən özüm də bir məsələ ilə bağlı Binəqədi Qaradağ İcra hakimiyətinə müraciət etmişdim. Rüşvətsiz heç bir iş görmək olmur. Rüşvət qoparmaq üçün vətəndaşları süründürürlər. Ona görə ki, Azərbaycanda xalq iradəsinə söykənən idarəçilik yoxdur. Amma ən vacib olan odur ki, vətəndaşlar öz hüquqlarını bilməlidirlər. Vətəndaş tikinti üçün icra hakimiyyətindən icazə almamalıdır. Ev tikdirmək istəyən vətəndaşlar bilməlidirlər ki, 12 metrəyə qədər bina tikmək üçün icradan icazə almamalıdır”.

Hüquqşünas daha sonra bildirib ki, Tikinti Məcəlləsinə görə vətəndaş icra hakimiyyətinə məktub yazmalıdır ki, mən filan ünvanda, filan torpaqda bu təqdim etdiyim layihəyə uyğun mənzil tikəcəm: “Bundan sonra isə bir ay müddətində icra hakimiyyəti ya əsaslandırılmış qaydada onu rədd etməlidir, ya da vətəndaşa icazə verməlidir. Bizim qazi qardaşımız niyə gedib, mütləq icazə istəməlidir, Qaradağ rayon icra hakimiyyətindən? İstənilən halda Azərbaycan xalqı bir xalq olaraq başına gətirilən bu müsibətlərə kütləvi şəkildə etiraz etməyəcəksə, Qaradağ və başqa icra baçılarının, ümumən məmurların özbaşınalığı davam edəcək. Xalq bu icra başçılarının və digər məmurların başıpozuqluğuna qarşı qarşı etiraz etməlidir. Prezidentə köməklik göstərmək lazımdır. Prezident deyir ki, mənə məmur özbaşınalğına dair məlumatlar verin. Məmurlar ölkə başçısını aldadır. Xalq Prezidentin arxasında durmalıdır və rüşvətxor məmurları süpürüb tarixin zibilliyinə atmalıdır".

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rasim Hüseynovun Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlil İsmayılov Natiq İsmayıl oğlundan külli miqdarda rüşvət tələb edib. Hətta mətbuatda buna dair səs yazısı da paylaşılıb. Məsələ böyüdükdən sonra isə fakt qarşısında qalan Qaradağ RİH başçısı Süleyman Mikayılov R.Hüseynova bir müddət icra aparatında görünməməyi, hər şey unudulandan sonra yenidən vəzifəsinin başına qayıda biləcəyini deyib.

Sonda həmin rüşvət qalmaqalının audioyazısını təqdim edirik: