BolgeXeber.Com » Xəbərlər » Tərtərdə “15 sentyabr Bilik-günü” qeyd olundu

Tərtərdə “15 sentyabr Bilik-günü” qeyd olundu

15-09-2016, 16:54
Oxunub: 3 259 Tərtərdə “15 sentyabr Bilik-günü” qeyd olunduSentyabrın 15-də Tərtər rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirildi

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə ümumtəhsil məktəblərində oldu.
Rayon rəhbəri “Bilik günü” münasibəti ilə rayonumuzun təhsil işçilərini və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar dilədi. Bildirdi ki, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən milli təhsilimizə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət tərəfindən, Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər , uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Təhsilə göstərilən qayğı gələcəyimizə göstərilən qayğıdır. Məhz bu qayğı nəticəsində təhsildə uğurlu nəticələr əldə olunur.
Məlumat üçün bildiririk ki, rayon üzrə bu il ali məktəblərə iş verən 350 nəfər məzundan 193 nəfər ali, 84 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşlar. 7 nəfər 600-dən, 19 nəfər 500-dən yuxarı bal toplamış, 5 nəfər ali hərbi məktəbə, 3 nəfər isə C.Naxçıvanski adına liseyə daxil olmuşdur. 600-dən yuxarı bal toplayan 7 nəfərin 2-si Qaradağlı, hərəsindən 1 nəfər isə Sarov, Buruc, Köçərli, Xoruzlu, Gülabatlı kənd tam orta məktəbin məzunlarıdır.
Bu il isə 1060 nəfər birinci sinfə qəbul edilmiş, 693 nəfər isə XI sinifdə təhsil alacaq. İnanırıq ki, bu il təhsildə qazanacağımız uğurlar ötən ildəkindən yüksək olacaq.
Sonra çalınan zəng uşaqları sinif otaqlarına səslədi. Əllərində gül-çiçək dəstələri tutmuş şagirdlər siniflərə daxil oldular.
“Bilik günü” müəllim və şagirdlər üçün yaddaqalan oldu.
Bolgexeber.com

Tərtərdə “15 sentyabr Bilik-günü” qeyd olundu
Tərtərdə “15 sentyabr Bilik-günü” qeyd olundu
Tərtərdə “15 sentyabr Bilik-günü” qeyd olundu
Tərtərdə “15 sentyabr Bilik-günü” qeyd olundu
Tərtərdə “15 sentyabr Bilik-günü” qeyd olundu