BolgeXeber.Com » Xəbərlər » Tərtərdə cəbhə xəttində yeni məktəb-FOTO

Tərtərdə cəbhə xəttində yeni məktəb-FOTO

15-09-2016, 18:20
Oxunub: 3 146 Tərtərdə cəbhə xəttində yeni məktəb-FOTOŞıxarx kənd İƏD üzrə nümayəndə Mübariz Yunisov, layihə icraçısı İlqar Qasımov çıxış edərək öz ürək sözlərini bildirdilər

Tərtərdə təmas xəttində yerləşən Şıxarx kəndinin 1 saylı tam orta məktəbinin müəllim və şagird kollektivinin bu günlərdə sevincinin həddi-hüdudu yoxdur. Çünki “Bilik günü”ndə yeni tikilmiş modul tipli 108 yerlik yeni məktəbin açılış mərasimi oldu.
Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərin xatirəsini yad edildi. Sonra məktəbin direktoru Atlas Rüstəmova tədbiri açaraq müəllim və şagirdləri “Bilik günü” münasibəti ilə təbrik etdi.
Şıxarx kənd İƏD üzrə nümayəndə Mübariz Yunisov, layihə icraçısı İlqar Qasımov çıxış edərək öz ürək sözlərini bildirdilər.
Açılışda iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəbhə bölgəsində yaşayan insanlara, məktəblilərin təhsilinə göstərdiyi diqqət və qayğıdan danışaraq, bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işləri xüsusi olaraq vurğuladı. Sonra respublika prezidentinə və onun xanımına tərtərlilərə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.
Rayon rəhbəri və digər qonaqlar məktəbin şəraiti ilə tanış oldular və birinciləri təbrik etdilər.
Bolgexeber.com