BolgeXeber.Com » Xəbərlər » Bakıda intihar etdiyi bildirilən 35 yaşlı kişinin qətlə yetirildiyi üzə çıxdı (FOTOLAR)
Bakıda intihar etdiyi bildirilən 35 yaşlı kişinin qətlə yetirildiyi üzə çıxdı (FOTOLAR)
19-10-2016, 09:16
Oxunub: 3 697
Bakıda intihar etdiyi bildirilən şəxsin qətlə yetirildiyi məlum olub
Musavat.com xəbər verir ki, 1981-ci il təvəllüdlü Muğanlinski Teymur Fərrux oğlu oktyabrın 17-də dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Ceyhun Hacıbəyli küçəsi 2, mənzil 13-də onun sol döş qəfısinə bıçaqla xəsarət yetirilib. T. Muğanlinskini xəstəxanaya arvadı çatdırıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, Teymur Muğanlinskinin ölümü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə, ölümündən iki gün əvvəl özünün facebook səhifəsində dostu Fariz Abbasovun yol qəzasında vəfat etməsi ilə bağlı statusu son günlər müxtəlif səhifələrdə paylaşılır.
35 yaşlı Muğanlınski Teymur Fərrux oğlu informasiya texnologiyaları sahəsində mütəxəssis olub. Son vaxtlar işləməyən və tez-tez spirtli içki qəbul edən T.Muğanlınskinin dostları bildirirlər ki, T.Muğanlınski çox şən, yeyib-içməyi sevən insan olub. Son vaxtlar baş verən hadisələr isə onun özünə qapanmasına səbəb olub. Ona görə də, ölümündən sonra ilk ağıla gələn onun intihar etməsi idi.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər