BolgeXeber.Com » Xəbərlər » Bərdə Mədəniyyət və Turizm şöbəsi Müstəqillik günü münasibətilə tədbirlər keçirib

Bərdə Mədəniyyət və Turizm şöbəsi Müstəqillik günü münasibətilə tədbirlər keçirib

18-10-2016, 20:26
Oxunub: 4 950 Bərdə Mədəniyyət və Turizm şöbəsi Müstəqillik günü münasibətilə tədbirlər keçirib18 oktyabr Azərbaycan tarixinin əlamətdar günlərdən biridir

1991-ci il oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi və beləliklə həmən gün Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. 1991-ci ilin bu günü Azərbaycan Respublikası 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı, varisi elan olundu. Ötən əsrin əvvələrində cəmi 23 ay müstəqil olan Azərbaycan yenidən azadlığa qovuşdu və bütün təbii sərvətlərin xalqa mənsubluğu haqda qərar qəbul edildi. Daha sonra himnimiz, gerbimiz və dövlət bayrağımız qəbul olundu. Elə həmin aktdan bəri Azərbaycan bütün sahələrdə beynəlxalq sazişlərə imza atmağa başladı, müstəqil inkişaf yoluna qədəm qoydu. Konstitusiya aktı həm də siyasi və iqtisadi münasibətlərin yeni fundamental prinsiplərini müəyyən etdi.
Bu müstəqillik, suverenlik hər il bölgəmizdə olduğu kimi Bərdədə də qeyd olunur. Həmişə olduğu kimi bu dəfədə ən-ənələrinə sadiq qalan Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi və şöbənin tabeliyində olan müəssisələr silsilə olaraq tədbirlər proqramı həyata keçirir. Tədbirlərdə xalqımızın müstəqillik, suverenlik uğrunda apardıqları mübarizələrdən geniş söz açılır. Tədbirlərdə müstəqil və şanlı vətənimizə həsr olunmuş səhnəciklər, ədəbi-bədii kompozisiyalar, ifalar səsləndirilir. Tədbirlər bu günlərdə hələdə davam etməkdədir. Edilən çıxışlar, səsləndirilən ifalar bir daha onu sübut edirki xalqımız daima dövlətimizlə birgədir və bu əqidə dönməzdir.
Bolgexeber.com