Baş prokuror Bakıdakı ölüm işini nəzarətə götürdü
28-12-2016, 18:06
Oxunub: 2 894
Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə iş üzrə istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb
Bu il dekabrın 9-da saat 16 radələrində paytaxtın Sabunçu rayonu ərazisində fəaliyyət göstərən "Küləfirəngi" restoranının qarşısında Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Qaraxan Ağayevin təxminən 3 metr hündürlüyündə pilləkəndən yıxılaraq aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilməsi və dekabrın 21-də orada vəfat etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Bolgexeber.com-a Bakı Şəhər Prokurorluğundan məlumat verilib.
İş üzrə hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertin iştirakı ilə baxış keçirilib, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə iş üzrə istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.
Hazırda cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması, o cümlədən mərhumun qəsdən öldürülməsi fərziyyəsi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər