BolgeXeber.Com » Xəbərlər » Evi əlindən alınan kişinin “Bank Respublika”nın önündə özünü yandırdığı anın görüntüləri — VİDEO 16+

Evi əlindən alınan kişinin “Bank Respublika”nın önündə özünü yandırdığı anın görüntüləri — VİDEO 16+

27-05-2017, 09:34
Oxunub: 2 738 Evi əlindən alınan kişinin “Bank Respublika”nın önündə özünü yandırdığı anın görüntüləri — VİDEO 16+Bədəninin 95%-i yanan Ramiz Manafov Ə.Əliyev adına klinikanın yanıq şöbəsinə yerləşdirilib

Onun vəziyyətinin olduqca ağır olduğu bildirilib. Turkustan.info xəbər verir ki, Azxeber.com saytına hadisə zamanı çəkilmiş video göndərilib. Hadisə şahidlərinin çəkdiyi görüntülərdə Ramiz Manafovun bankdan çıxar çıxmaz özünü yandırdığı görünür. Videonu çəkən şəxs onun söndürüldüyünü və təəcili tibbi yardıma xəbər verdiklərini bildirib.
Qeyd edək ki, özünü yandıran şəxsin oğlu Nicat Manafov deyir ki, atası bankdan ev almaq üçün kredit götürüb, devalvasiyadan sonra isə ödəyə bilməyib. Buna görə bank onlara evlərini əllərindən alacaqlarını bildirib. Bu günə kimi ödədikləri məbləği isə, hesablamayacaqlarını qeyd ediblər.
Həmin görüntüləri təqdim edirik. Ürəyi zəif olanların izləməməsi məsləhət görülür: