BolgeXeber.Com » Xəbərlər » Bərdə Olimpiya İdman Mərkəzində cüdo üzrə açıq rayon birinciliyi keçirilmişdir-FOTO
Bərdə Olimpiya İdman Mərkəzində cüdo üzrə açıq rayon birinciliyi keçirilmişdir-FOTO
12-06-2017, 20:13
Oxunub: 4 411
Birincilik Azərbaycan Cüdo Federasiyasının Aran-Qarabağ regionunun koordinatoru, yarışın baş hakimi Şahin Əhmədovun rəhbərliyi ilə 12 nəfərdən ibarət hakimlər heyəti tərəfindən idarə olunmuşdur.Yarış gərgin mübarizə şəraitində keçmiş və heç bir əsasnamə pozuntusu olmamışdır
09-11 iyun 2017-ci il tarixlərdə Bərdə Olimpiya İdman Mərkəzində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş cüdo üzrə kiçik kadetlər, kadetlər və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilmişdir. Birincilikdə 12 şəhər və rayonun komandaları (Bakı 2 komanda ilə, Gəncənin ”Spartak” klubu,Mingəçevir,Naftalan,Qobustan,Bərdə,Ağdam,Ağcabədi,Goranboy,Naftalan,Ucar,Göyçay) iştirak etmişlər. Əsasnaməyə uyğun olaraq yarışda 22 çəki dərəcəsində 180 nəfər cüdoçu qələbə uğrunda mübarizə aparmışlar.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq idmançıları salamladı və qeyd etdi ki, xalqımızın ümummilli lideri, dahi şəxsiyyət olan Heydər Əliyev istər sovet dövründə, istərsə də ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycana rəhbərlik etdiyi bütün illərdə idmana, onun inkişafına və maddi-texniki bazasının yaradılmasına, idmançılara dövlət səviyyəsində qayğı göstərilməsinə xüsusi diqqət yetirmiş, fiziki cəhətdən sağlam gənc nəslin yetişdirilməsi məsələsini daim nəzarətdə saxlamışdır.İdmanın müxtəlif növlərinin inkişafı üçün proqramlar qəbul edilmişdir və bu siyasət bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan bayrağı mötəbər beynəlxalq yarışlarda ən yüksəklərdə dalğalanır. Artıq Azərbaycan dünya səviyyəli idman yarışlarına ev sahibliyi edir. ”Formula-1” yarışları,I Avropa Oyunları və İslam Həmrəyliyi oyunları buna bariz nümunədir. Çıxışının sonunda o, bu yarışda cüdoçulara uğurlar arzuladı.
Birincilik Azərbaycan Cüdo Federasiyasının Aran-Qarabağ regionunun koordinatoru, yarışın baş hakimi Şahin Əhmədovun rəhbərliyi ilə 12 nəfərdən ibarət hakimlər heyəti tərəfindən idarə olunmuşdur.Yarış gərgin mübarizə şəraitində keçmiş və heç bir əsasnamə pozuntusu olmamışdır.
Qalib idmançılar Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları və medalları ilə təltif olunmuşlar.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər