BolgeXeber.Com » Xəbərlər » Bakçell-dən şikayətlər səngimir: "Bakcell-i maraqlandıran ancaq gəlirdir."

Bakçell-dən şikayətlər səngimir: "Bakcell-i maraqlandıran ancaq gəlirdir."

14-06-2017, 10:42
Oxunub: 5 118 Bakçell-dən şikayətlər səngimir: "Bakcell-i maraqlandıran ancaq gəlirdir."Təsəvvür edin Avropa Birliyi ölkələri öz aralarında rouminqi ləğv edir, bizdə isə mobil operatorlar rouminq xidməti üçün ağlasığmaz tariflər təklif edir

Bakcell-dən şikayətlər səngimir. Teref.info-nun poçtuna növbəti şikayət məktubu daxil olub. Şiakyətçi yazır:
Salam axşamınız xeyir.
Sizə şikayətim Bakcell mobil operatorundandır. Beləki mən abunəçi kimi Bakcell-in xidmət səviyyəsindən və keyfiyyətindən çox narazıyam. Xidmət səviyyəsi bərbad, qiymətlər isə həddən artıq bahadır. Bakcell-də məsuliyyət və abunəçilərə fərdi yanaşma yoxdur. Müştəri Xidmətlərində təmsilçilər abunəçinin problemini qeydə almaq əvəzinə abunəçinin özünü borclu çıxardırlar. Call Center-də çalışan "təmsilçilər" isə tərbiyəsizcəsinə əlaqəni kəsirlər. Bakcell-də bütün bunlar isə normal hal kimi qiymətləndirilir. Belə olmasaydı müştəri məmnuniyyəti və xidmət səviyyəsinin yüksək səviyyədə saxlanılması şirkət üçün ön planda olardı. Lakin görünən odur ki, Bakcell-i maraqlandıran ancaq gəlirdir. Daha sonra şikayətçi teref.info-ya yazır ki, elə ona görədə Bakcell-də təkcə bu il ərzində qiymətlərdə 40-50% artım müşahidə olunur. Məsələn: Nömrənin dublikatının çıxarılması əvvəl 2 manat 50 qəpik idisə, indi 3 manat 50 qəpikdir. Yeni ada qeydiyyat 2 manatdan 4 manata, izahlı qaimənin, yəni nömrədən gedən zənglərin siyahısının çıxarılması 1 ay üçün 2 manatdan 3 manata, 2 ay üçün 4 manatdan 6 manata, 3 ay üçün isə 5 manatdan 9 manata qaldırılıb. Danışıq tariflərində də artım müşahidə olunur. Beləki, ƏlaCIN tarifində şəbəkəxarici zəngin qiyməti 1 dəqiqə=0.09 qəpik idisə, 17 aprel 2017-ci il tarixindən etibarən isə şəbəkəxarici zəngin 1 dəqiqəsi 0,12 qəpik təşkil edir. Təssüf ki, bu hələ son deyil. ƏlaCIN tarifində əvvəl şəbəkədaxili zəngin 1 saatı 7 qəpik idisə, 30 may 2017-ci il tarixindən etibarən şəbəkədaxili zəngin qiymətində də 0,004 qəpik artım olunub. Artıq ƏlaCIN tarifində şəbəkədaxili zəngin 1 saatı 0.074 qəpik təşkil edir. Bütün bu sadaladıqlarım hələ bu bahalaşmanın bir hissəsidir. Bütün dünyada mobil operatorlar tarifləri endirir, xidmət səviyyəsini yüksəltdiyi halda bizim ölkədə mobil operatorlar fantastik qiymətə bərbad xidmət göstərirlər. Onsuzda bizdə mobil danışıq tarifləri digər ölkələrlə müqayisədə 4 dəfə bahadır. Tarifləri endirmək əvəzinə bahalaşdırmaq vətəndaşların ələ salınması və bərbad xidmətə 4 dəfə artıq qiymət ödəməsi deməkdir. Təsəvvür edin Avropa Birliyi ölkələri öz aralarında rouminqi ləğv edir, bizdə isə mobil operatorlar rouminq xidməti üçün ağlasığmaz tariflər təklif edir. Hesab edirəm ki, mobil operatorlarla bağlı sərt tədbirlər görülməlidir. Sağolun.
Ilkin Memmedkerimov