BolgeXeber.Com » Xəbərlər » Masallıda iki mərtəbəli ev yanıb-VİDEO

Masallıda iki mərtəbəli ev yanıb-VİDEO

3-08-2017, 14:41
Oxunub: 2 180 Masallıda iki mərtəbəli ev yanıb-VİDEOMasallıda iki mərtəbəli yaşayış evi ,əşyaları ilə birlikdə yanaraq külə dönüb

Bölgə TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallının Bədəlan kənd sakini Ülfət Əhmədova məxsus yaşayış evində qeydə alınıb. Hadisə zamanı evdə ailə üzüvlərindən heçkim olmayıb.Yaxınlıqdakı insanlar hadisədən xəbər tutublar. Dərhal hadisə yerinə Masallı Yanğından Mühafizə Xidmətinin iki, Lənkərandan isə bir yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvə cəlb olunub.
Ümümi sahəsi 280 kvadrat olan iki mərtəbəli evin ikinci mərtəbəsi əşyaları ilə birlikdə yanıb. Birinci mərtəbə və yaxınlıqda yerləşən evlər yanğından muhafizə olunub.Ev sahibinin sözlərinə görə hadisəyə elekdirik enerjisində yaranan qısaqapanma olub.
Qeyd edək ki,yaşayış evi yeni inşa edilib və ailə bir ildir ki,orada yaşayırdı.

Faktla bağlı araşdırma aparılır.