BolgeXeber.Com » Xəbərlər » Dəhşətli qəza nəticəsində 2 nəfər öldü, 5 nəfər xəsarət aldı-VİDEO

Dəhşətli qəza nəticəsində 2 nəfər öldü, 5 nəfər xəsarət aldı-VİDEO

30-08-2017, 13:14
Oxunub: 1 911 Dəhşətli qəza nəticəsində 2 nəfər öldü, 5 nəfər xəsarət aldı-VİDEOLənkəranda dəhşətli qəza baş verib

İri buynuzlu mal-qaranın avtomobilin qarşısına çıxması nəticəsində idarəetməni itirən sürücü əvvəlcə heyvanı vurub sonra isə bir avtomobillə toqquşub.
Qəzə nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Bölgə TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saat 5 radələrində Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Astara istiqamətində hərəkətdə olan Astara sakini, 33 yaşlı Rüstəm Süleymanovun idarə etdiyi minik avtomobili Ələt istiqamətində hərəkətdə olan Lənkəran sakini Kamran Xudiyevin avtomobili ilə toqquşub.
Nəticədə “VAZ”-ın sürücüsü Kamran Xudiyev və maşında olan 45 yaşlı Səbirə Əlimirzəyeva hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə digər sərnişinlər Elməddin Əlizadə və Tacir Mahiroğlu isə ağır xəsarətlər alıb.
Hadisə zamanı avtomaşında sıxılmış vəziyyətdə qalan Kamran Xudiyevin meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb.
“Mercedes” markalı avtomobildən isə sürücü Rüstəm Süleymanov, Sumqayıt şəhər sakinləri 37 yaşlı Solmaz Hüseynova və 33 yaşlı İradə Mikayılova ağır yaralanıb.
Yaralılar dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Onlardan üçü travma şöbəsinə yerləşdirilib, ikisi isə dərhal əməliyyata götürülüb.
Yaralılardan Tacir Mahir oğlunun vəziyyəti hələ də ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.